Yuxarı

Daha AzTV-yə getmərəm... - Ofeliya Sənani

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha AzTV-yə getmərəm... - Ofeliya Sənani

İynəni vururlar, dərman geriyə qayıdır. Damar tutqundur, danışıram, təngnəfəs oluram, əsəbiləşirəm. Məni bağışlayın, elə bilməyin ki, naz edirəm və yaxud kaprizim var.

Axar.az xəbər verir ki, bu sözləri diktor, xalq artisti Ofeliya Sənani Musavat.com-a səhhəti haqda danışarkən deyib. O, son vaxtlar həddindən artıq əsəbi olduğunu bildirib:

"And içmişəm, daha ora getmərəm (AzTV-ni nəzərdə tutur). Axı nə qədər paltar əlimdən düşər yerə, nə qədər çantamda hər şey yaddan çıxar qalar evdə. Bir qaynar qazanla çıxıram evdən, elə bil ki, məni ölümə aparırlar. Deyirlər ki, "balam, bu sənin 48 ildir işlədiyin efirdir, niyə əsəbiləşirsən, bir geyim tapdın, getdin də, camaat cins şalvarla çıxır efirə". Amma mən istəyirəm, yaxşı olsun. Özümü əsəbiləşdirirəm, sonradan gəlirəm evə. Evdə də tək qalıram, qulluq etməyə adam tapmıram. Bir qadın var, dünən onu gətirmişdim evə. Həftədə bir dəfə gəlir bizə, evi dərindən təmizləmək üçün. Çünki heç gücüm yoxdur. O yazıq arvad da deyir ki, belə əsəbiləşirsən, taqətdən düşürsən, getmə. AzTV-yə necə getməyim ki, bu, mənim doğma yurdumdur.

Küçədə insanlar mənə yaxınlaşıb öpürlər, imkan verirəm ki, ürəklərini boşaltsınlar. Məni elə qucaqlayırlar ki... Deyirlər, sizə məftun olmuşuq. Onlar arasında 35-40 yaşlı insanlar da var. Bax, bu nəsil həmişə bizi sevib. Avtobusda da görəndə qucaqlayıb bağırlarına basırlar. İctimai nəqliyyatda getməyi sevirəm. Bundan əvvəl maşınım var idi, 5 il sürdüm, sonra satdım. Çünki mən yaşa dolmuş insanam, hərdən başım fırlanır, ümumiyyətlə, mənə maşın sürmək olmaz. İndi ictimai nəqliyyatda gedirəm, insanlarla canlı ünsiyyətdə olmaqdan gözəl şey yoxdur. Bu da bir stimuldur".

Tarix
2016.11.16 / 10:10
Müəllif
Axar.Az
Digər xəbərlər

Rusiya MN rəhbəri Azərbaycana gələcək

Rusiya buna görə Əliyevə minnətdardır - Putin

Tokayev bu il Azərbaycana gələcək

Bayramov Arakçı ilə danışdı

Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Azərbaycanla yenidən əməkdaşlığı zəruri hesab edirik

Rubiodan Azərbaycan açıqlaması: Bu səhifə bağlandı

Rusiyanın Ermənistan qərarı Azərbaycana dərs olmalıdır

İrəvanda mitinqdə azərbaycanca səs yazısı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla