İrəvanda şok yaşanır: Hərbçilər aksiyaçılara qoşuldu
02:10
Ana səhifə Kult |
Belə söhbətlərin hamısı xurafatdır.
Bu sözləri tanınmış ilahiyyatçı Elşad Miri bədənində tatu olanların islamda arzuolunmaz şəxslər elan edilməsi iddiaları haqda Axar.az-a danışarkən deyib. O, bu iddiaların doğru olmadığını bildirib:
“Quranda tatusu, döyməsi olanların cəhənnəmə düşəcəyi ilə bağlı heç nə yazılmayıb. Cəhənnəm heç kəsin atasının yeri deyil ki, buna onlar qərar versinlər. Hamısı Allahın əlindədir”.
Qeyd edək ki, bədənində döyməsi olanların cəhənnəmə düşəcəkləri barədə müzakirələr açılıb. Din xadimləri isə döyməni yaxşı əməl hesab etməsələr də, kimin cənnətə, kimin cəhənnəmə düşməsinə Allahın qərar verdiyini, belə söhbətlərin mənasız olduğunu bildiriblər.
Tarix
2017.01.12 / 01:20
|
Müəllif
Dilarə Zamanova
|