Yuxarı

Ermənilərin diri-diri yandırdığı Cəlil kim olub?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələ bir əsr öncə ermənilər tərəfindən törədilən vəhşiliklərin canlı şahidi, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş Azərbaycan hərbçisi - Cəlil Xudiyev haqqında MEK-in Sərbəst Elektron resurslarla iş şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan Vikipediyasında məqalə yaradılıb.

Cəlil Xudiyev 1905-1918-ci illərdə baş vermiş erməni-müsəlman müharibəsinin ən fəal iştirakçısı olub. Onun qardaşı Xudiyev Balaca 1905-ci ildə gecə ermənilər tərəfindən qətlə yetirilib. C.Xudiyev 1918-1920-ci illərdə general Mehmandarovun rəhbərlik etdiyi Azərbaycan ordusunda çox mühüm vəzifədə çalışıb, ermənilərin qiyamının yatırılmasında və onların Əsgəran qalasından, Laçından, Dağlıq Qarabağdan çıxarılmasında iştirak edən hərbi hissənin rəhbərlərindən biri olub.

1967-ci ildə Xankəndində ermənilər əhalinin gözü qarşısında Ərşad adlı bir şəxsi və onunla birgə 2 nəfəri də yandıraraq qətlə yetirdikdən sonra Cəlil Xudiyevlə DTK-nın sədri vəzifəsində çalışan Heydər Əliyevin görüşü olub. Daha sonra H.Əliyevin iştirakı ilə Xankəndində keçirilən geniş iclasda C.Xudiyev çıxış edir, qətli törədən şəxslərin adlarını açıqlayır, iclasdan sonra isə 39 erməni həbs edilir.

C.Xudiyev 1988-ci ildə Xankəndində ermənilər tərəfindən diri-diri yandırılıb.

15 mart 2002-ci il tarixində Azərbaycan Respublikası Xocalı Rayon Məhkəməsinin qərarı ilə Cəlil Xudiyevin şəhidliyi rəsmi sənədlərlə təsdiq olunub.

Xatırladaq ki, MEK əməkdaşlarının çalışması nəticəsində Vikipediyada 20 Yanvar və Aprel döyüşləri şəhidləri, Milli Qəhrəmanlara həsr olunmuş səhifələr yaradılıb, müxtəlif dillərə tərcümə edilib.

Linkə daxil olmaqla, məqalə ilə tanış ola bilərsiniz:

https://az.wikipedia.org/wiki/C%C9%99lil_Xudiyev

Tarix
2017.03.31 / 08:45
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla