Yuxarı

Dilçiliyin Ağamusa Axundov fenomeni - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun terminologiya şöbəsinin rəhbəri, filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın “Dilçilikdə Ağamusa Axundov fenomeni” kitabı çapdan çıxıb.

İnstitutdan Axar.az-a bildiriblər ki, kitab AMEA-nın həqiqi üzvü, Əməkdar Elm Xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Ağamusa Axundovun zəngin elmi yaradıcılığına və mənalı həyat yoluna həsr edilib. Akademik A.Axundov “Dil və üslub məsələləri”, “Feilin zamanları”, “Dilçiliyə giriş”, “Ümumi dilçilik”, “Riyazi dilçilik”, “Azərbaycan dilinin fonetikası”, “Dilçiliyin tarixi, nəzəriyyəsi və metodları”, “Dil və ədəbiyyat” (2 cilddə), “Azərbaycan dilinin izahlı lüğəti”, eləcə də bir sıra monoqrafiya və 500-dək elmi məqalənin müəllifidir. Bu əsərlər dil tarixinin, dilimizin müasir quruluşunun, dil nəzəriyyəsinin, ümumi dilçiliyin aktual problemlərinə həsr olunub.

A.Axundovun dilçiliyin ən mühüm problemlərinə - fonetikaya, bədii tərcüməyə, orfoqrafiyaya, nitq mədəniyyətinə, ümumi dilçiliyə aid əsərləri, dövlət dilinə aid mətbuat səhifələrində tez-tez dərc olunan müsahibələri, fundamental əsərləri təkcə respublikamızın elmi ictimaiyyəti tərəfindən deyil, dünyanın bir sıra görkəmli alimləri tərəfindən də maraqla qarşılanıb, dünya dilçiliyində və türkologiyada yeni bir hadisə kimi yüksək qiymətləndirilib. Müəllifin fonetikaya, qrammatikaya, ədəbi dilə, dilin poetikasına, nitq mədəniyyətinə, etimologiyaya, onomastikaya, ümumi dilçiliyə, dilçilik nəzəriyyəsinə aid əsərləri dilçiliyimizin qızıl fondu hesab edilir.

Alim Azərbaycan dilçiliyinin müxtəlif sahələrinə həsr edilmiş coxşaxəli yaradıcılığı, yenilikçiliyi ilə diqqət mərkəzində olub, Azərbaycan dilçiliyinə yeni anlayışlar gətirib və novator tədqiqatların müəllifi olub. “Azərbaycan dilində feilin zamanları” mövzusunda yazdığı namizədlik dissertasiyası, daha sonra çoxşaxəli yaradıcılığı, onun qələmindən çıxan bütün tədqiqatlar alimə uğurlar gətirib, ancaq A.Axundovun yaradıcılığının şah əsəri “Azərbaycan dilinin fonemlər sistemi” monoqrafiyasıdır. Alim ilk dəfə Azərbaycan dilinin fonetik sistemini eksperimental təhlil əsasında ümumiləşdirib, nəzəri səviyyədə təqdim edib. Ömrünü xalqının elminə, maarifinə, təhsilinə həsr etmiş bu böyük insan öz zəngin yaradıcılığı ilə dilçiliyimizdə yeni bir cığır açıb. O, dilçiliyin bütün sahələrinə aid sanballı elmi əsərlərin, araşdırmaların müəllifi kimi tanınmış, xüsusilə, nəzəri dilçilik, fonetika, qrammatika, etimologiya, dil tarixi və dialektologiya, üslubiyyat və nitq mədəniyyəti sahəsində zəngin yaradıcılıq irsi qoyub.

Tarix
2017.04.21 / 23:54
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla