Yuxarı

Nadir Şah yatağında belə öldürüldü - Fakt

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nadir şah 1747-ci il iyunun 19-da Qoçanın yarım fərsəngliyində olarkən təhlükə hiss edib. O, ata minib Kəlata getmək istəyən zaman gözətçiləri bundan duyuq düşüblər. Onlar şah bölgəni tərk edərsə, ortaya çıxa biləcək təhlükələrdən danışıblar. Gözətçilərin “Biz şahın vəfalı qullarıyıq. Onun düşmənləri ilə savaşmağa hazırıq. Bizdən kimsə tanrısını unudub şaha qarşı çıxmaz”, - sözlərindən xoşlanan Nadir bu sözlərdən sonra oranı tərk etmək xəyalından daşınaraq qalmağa qərar verir. O, həyatının təhlükədə olduğunu anlamışdı. Ancaq təhlükənin kimlər tərəfindən hazırlandığını bilmirdi.

Kult.az xəbər verir ki, bu sözləri tarixçi-araşdırmaçı Güntay Gəncalp qeyd edib. O bildirib ki, Nadir Şahın öldürüldüyü gecə haqda bu məlumat şahın həkimi Pere Louis Bazinin məktublarında yer alıb:

“Saray adamları içində hər kəsdən daha çox narazı olan iki nəfər var idi: Biri Şahın şəxsi cangüdənlərinin baş komandiri və qohumu olan Məhəmmədqulu Xan, digəri şahın çadırlarının qorunmasına cavabdeh olan Salah Xan. Nadir Şah Salah Xandan o qədər də şübhələnmirdi. Çünki onun vəzifə səlahiyyətləri çərçivəsi səbəbindən ordu ilə əlaqədə ola biləcəyini düşünmürdü. Şah ən çox Məhəmmədqulu Xandan çəkinirdi. Məhəmmədqulu Xan güclü bədəni olan döyüşçü və cəngavər idi, döyüşü çox yaxşı bacarırdı. Ordu içində də Məhəmmədqulu Xanın təsiri və etibarı çox yüksək idi. Buna görə şah ondan çox şübhələnir və onun başladacağı fitnənin qarşısını almağa çalışırdı. Nadir Şahın ordusunda dörd min əfqan və türkmən əsgər var idi. Onlar şaha çox vəfalıydılar. Özəlliklə əfqanlar və türkmənlər farsların və qızılbaşların düşməniydi. Ayın 19-da gecə vaxtı Nadir əfqan və türkmən sərdarları yanına çağıraraq onlara, “Gözətçilərimdən və cangüdənlərimdən razı deyiləm. Mən sizə çox güvənirəm. Buna görə də, sabah bütün farsları və qızılbaşları tutub zəncirləmənizi istəyirəm. Müqavimət göstərənləri dərhal öldürərsiniz. Mən can güvənliyimi sizə tapşıracağam”, - dedi. Əfqanlar şahın bu qədər lütfündən və onlara güvənməsindən şad oldular. Əfqan və türkmən sərdarlar əsgərlərini sabah üçün hazır vəziyyətə gətirdilər”.

Güntay Gəncalp qeyd edib ki, şahın bu fərmanından düşmənləri də xəbər tutub:

“Farslar və qızılbaşlar bu xəbəri duyaraq, hər yerdə casusu olan Məhəmməd və Salah xana bu xəbəri çatdırdı. Bu iki sərdar da gizlin görüşüb sənəd imzaladılar. Onlar öldürməkdə qərarlı olduqları ortaq düşmənlərini - Nadiri öldürmək üçün and içdilər. Bu sənədi özlərinə yaxın olan 60 sərdara da imzalatdılar. Sənədin onların həyatlarını qurtaracağını söyləyən xanlar, “Şah bu gecə öldürülməzsə, sabah hamımızı öldürəcək” dedilər. Bütün sərdarlar sənədi imzaladılar. Müəyyən edilən saatda və yerdə, yəni gecə saat iki radələrində görüşməyi qərarlaşdırdılar. Bilmirəm, səbirsiz olduqları üçün, ya bəziləri özlərini göstərmək istəkdikləri üçünmü, 15-16 nəfər üsyançı müəyyən edilmiş vaxtdan əvvəl toplanmışdılar. Onlar qarşılarını kəsən bütün maneələri ortadan qaldıraraq, bəxti dönmüş şahın yataq çadırına girdilər. Bağırtılar şahı yuxudan oyatdı. Şah qorxunc səslə “Kimdir, mənim qılıncım harada”, - deyə bağırdı. Bu bağırtılı sözləri eşitdikdən sonra üsyançılar qorxub geri çəkildilər. Ancaq qısa vaxt sonra üsyanı planlayan iki sərdar oraya toplananları cürətləndirib hücum etməklərini istədi və çadıra girdilər. Nadir hələ əbasını geyinməmişdi. Əvvəlcə Məhəmmədqulu Xan şaha bir qılınc zərbəsi vurdu və onu devirdi. Sonra başqaları da Şahı qılınclamağa başladılar. Qan içində olan şah qalxmaq istəsə də, bacarmadı. “Məni niyə öldürürsünüz? Həyatımı bağışlayın, nəyim varsa sizə bağışlaram ...”, - deyə bildi. Bu sözü tam olaraq bitirməmiş Salah Xan qılıncı ilə şahın başını kəsdi. O, kəsik başın Heratda olan Əli Xana aparılması üçün əsgərə tapşırıq verdi. Həmin əsgər də yolda öldürüldü və kəsik baş üç həftə sonra Əli Xana çatdırıldı”.

Qeyd edək ki, Əfşarlar imperiyasının banisi Nadir Şah Azərbaycan türklərindən olub. Hərbi nailiyyətlərinə görə bəzi tarixçilər onu “Şərqin Napoleonu” və “İkinci Makedoniyalı İsgəndər” adlandırıblar.

Tarix
2017.10.23 / 08:30
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla