Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
12 Dekabr 2017


Səhər yeməyini tək yeməmək üçün evləndim - Yazıçılar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adətən yaradıcı insanların çətin həyatları, özlərinə aludəlikləri, ailədən daha çox işə vaxt ayırdıqları söylənilir. Buna görə də bir çoxunun ailə həyatı uğursuzluqla nəticələnir. Bu yazıçıların isə yaradıcılıqları ailəsiz bəlkə də alınmazdı.

500 səhifəlik bir kitabın qətli

Paulo Koelyo və rəssam xanımı Kristinanın sevgi hekayəsi bir mərclə başlayıb. Paulo sirk işçilərinin əlindəki ilanı öpsə, Kristina da onu öpəcəkdi. Və Paulo hər kəsin təccüblü baxışları altında ilanı dodaqlarından öpmüşdü. Paulo Kristinanın hisslərinə o qədər güvənir ki, onun əvvəlcədən istəmədiyi şeyləri etmir. Hətta 500 səhifəlik bir kitabının əlyazmalarını xanımı uyğun görmür deyə, beton qarışdıran maşına atır.

Öz uşaqları yoxdu, Paulo bunu istəməyib. Ancaq onlarla yetim uşağın qayğısına qaldıqları bir qurumları var. Paulo deyir ki, ona bağlanmaqdan çox qorxurdum və 10 il ərzində düşünürdüm ki, elə bu gün məni tərk edəcək, onda da onu itirməkdən qorxurdum.

33 ildir ki, birlikdə yaşayan cütlüyün rəsmi nigahları yoxdu.

Sadəcə, bir jurnalist xanımıydı...

Handə Altaylı uzun müddət, sadəcə, məşhur jurnalist Fatih Altaylının xanımı kimi tanınırdı. Bir gün isə roman yazmağa başladı, romanları yüz minlərlə satıldı və tərcümə edildi. Dediyinə görə, kitablarının yazdıqca hər hissəsini ərinə oxudur. Onları Qalatasaray liseyi, Boğaziçi universiteti və Zeynəb adlı qızları birləşdirir. Jurnalist və yazarın sözlərdən hörülmüş dünyasında 20 illik bərabərlikləri davam edir.

Səhər yeməyini tək yeməmək üçün evləndim

Qabriel Qarsia Markes və xanımı Mersedesin sevgi hekayəsi onun əsərlərinə bənzəyir. Harda başlayır, harda bitir, nə qədəri yalandı, nə qədəri gerçəkdi, bilinmir. Mersedes hər kitabda, hər çətinlikdə onu dəstəkləyib; üzüyündən, mətbəx əşyalarına qədər hər şeyi girov qoyub evə baxır, əri isə roman yazırdı.

Onların iki oğlu var.

Qabo: "Səhər yeməyini tək yeməmək üçün evləndim,- deyir.- Amma 55 il bunun üçün həddən artıq çoxdur".

Gənc qızla görüntüləri yayılana qədər

Can və Dilək Dündar - bu iki jurnalistin 20 yaşlı oğullarının da olduğu 21 illik evlilikləri ideal görünürdü. Ta ki Canın gənc qızla görüntüləri yayılana qədər. Can Dündar bir müddət üzüksüz göründü. Ancaq sevgi xəyanətdən də güclüdür və onlar evliliklərinə davam edir. Dündar Ayşə Armana deyir: "Evinin, sarsıntıya davamlı olub-olmadığı ancaq zəlzələdə anlaşılır. Elə bir sarsıntı idi. Anladıq ki, davamlı imiş. Yıxılmadıq".

Dekabrist xanımı

Zülfü Livaneli və Ülkər Livaneli 47 ildir evlidirlər. Zülfü Livaneli kitablar yazarkən, mahnılar bəstələrkən, filmlər çəkərkən, siyasi məhbus olarkən, sürgünə gedərkən, ölkəyə gəlib qəhrəmana çevrilərkən həmişə bərabər idilər. 20 yaşlarından birlikdə olan cütlüyün 46 yaşlı bir qızı var.

Ər kapitalist, xanımı sosialist

Ərtoğrul və Tansu Öztürk 47 ildir bir yastığa baş qoyur. Ərtoğrul Parisə oxumağa gedəndə Tansu məkdəbi atdı və onunla getdi. Ərtoğrul 20 il "Hürriyyət" qəzetinin baş redaktoru oldu. Çətinliklərlə dolu o günlərdə bir dəfə Tansu ona dəmir ütü atdı, az qala öldürəcəkdi. Ərtoğrul kapitalist, Tansu sosialistdir, bu da davalara səbəb olur. Amma davalar uzun çəkmir, çünki Ərtoğrul hamama girib qapını bağlayır və sakitləşəndə çıxır. Onların Gülümsün adlı qızı və iki nəvəsi var. İndi əri İstanbulda, Tansu İzmirdə yaşayır. Ərtoğrul Özkök həftə sonlarında, bayramlarda İzmirə xanımının yanına gedir. Evliliklərində yeni və daha yaxşı mərhələ olduğunu deyirlər.

Çevriliş gecəsi elçilik

Yazıçı Ahmet Ümit və xanımı Vildanın filmlərdəki kimi bir sevgi hekayələri var. Birlikdə təhsil aldıqları universitetdə tanış olublar. 1980-ci il 12 sentyabr çevriliş gecəsi elçilik olub. Tezliklə də evlilik. Siyasi fəaliyyətlərindən dolayı axtarışda olublar. Ona görə kimliklərini gizləyərək yaşamağa məcbur idilər. Bir il qaçaq olaraq Moskvada yaşayıblar. 8 il belə davam edib. Ən çətini də balaca qızları Gülə bütün bunları başa salmaq idi. Bir zamanların qaçaqları bu gün ölkələrinin ən önəmli ziyalılarıdır. 33 illik evliliklərində artıq nəvələri də var.

"Anna Karenina" bir mesaj imiş

Lev və Sofiya Tolstoylar 50 il bərabər yaşayıblar. Aralarında 17 yaş fərqi var idi. Sofiya bir növ onun redaktoruydu. Sofiya əlyazmaları dəfələrlə oxuyur və düzəlişlər edirdi. Leonun "Anna Karenina" əsərini gənc arvadına mesaj olaraq yazdığı da deyilir. Yəni məni tərk etsən, sonun Anna kimi ola bilər. Sofiya dünyaya 16 uşaq gətirmişdi.

Çərpələng uçuran

Xalid və Röya Hüseyini - əfqan əsilli amerikalıların tanışlıqları Xalidin atasının qonaqlığında olub. Bu yığıncaqda həkim bəy və hüquqşünas xanım saatlarla söhbət edib və 6 həftə içində evləniblər. Daha sonra Xalid çox satılan 3 kitabın müəllifi, Röya isə redaktoru oldu. Cütlük 20 ildir evlidir və Xalidin "gözümün nuru" dediyi iki qızları var.

Virciniyanın qorxuları, qarabasmaları

Virciniya və Leonard Vulf - dünyanı hələ də heyrətləndirən yazar xanım və onun nəşriyyatçısı olan əri. Virciniya yəhudiləri heç sevmirdi, amma yəhudiyə ərə getmişdi. Ona ərə gedəndə "məni cəlb eləmirsən, ancaq məni sevməyin məni ovsunlayır",- demişdi. 29 illik evlilikləri Virciniyanın qorxuları, qarabasmaları, xəstəlikləri ilə keçdi. Bu özünü usanmadan həsr etmə idi: onunla danışmaq, yazmaq, ağlamaq, həkimləri gəzmək. Leonard Virciniyaya dünyaya uşaq gətirməyə icazə verməyib, hesab edib ki, bu onun səhhətinə ziyan verə bilər. Amma Virciniyanın səsləri və qarabasmaları geri gələndə o, yenidən xəstəxanaya qayıtmamaq üçün intihar etdi. Məktubunda: "İnanmıram ki, dünyada iki insan bizim qədər xoşbəxt olsun",- yazırdı.

Tarix
2013.11.24 / 11:56
Müəllif
Arzu Məmmədova
Şərhlər
loading...
Digər xəbərlər

İngiltərə kraliçasının pulları Türkiyədə tapıldı – Foto

“Qarabağ”dan Qarabağa: izi itmiş yollara... – Foto

Faciədən başlayan doğmalıq – O illərə dönüş...

Bu tarixdə Dillər Universitetini tələbə idarə edəcək

Ermənistanın yaranmasını yarım əsr gecikdirən sultan - Video

PKK terrorçuları alman jurnalında - Foto

Otaq temperaturunu qoruyan pərdələr - Foto

Dünyada 120 küçəyə adı verilən lider

Xoşbəxtlik istəyənlər üçün... – Video

Kamal Abdulla DTX-nın muzeyini ziyarət etdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla