Yuxarı

Bakı metrosunda “terrorçu”: Xainlər, satqınlar...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gül kimi tolerant ölkəmiz var: dinindən, milliyyətindən asılı olmadan, Azərbaycan vətəndaşlığı olan hər kəs eyni haqq və hüquqlara sahibdir. Üstəlik, turistlər də ölkəmizdə çox rahat, azad şəkildə, heç bir irqçiliyə məruz qalmadan istirahət edirlər. Amma son günlər hansısa qüvvələr, sanki planlı şəkildə, ölkəni şəriət rənginə boyamağa çalışırlar.

Əvvəlcə, “İmam Hüseynin qisası” adıyla Gəncə hadisələrində buna cəhd edildi. Ardınca bu hadisəyə dini şüarlarla, nüanslarla zəngin meyxana həsr edildi. Daha sonra isə bir video üzə çıxdı.

Demək, hadisə metroda baş verib. Bir nəfər “dəyərlərimizi satırsınız, hamınız vətən xainisiniz, biz isə vətənimizi inancımızla qoruyuruq, polis də, dövlət də arxamızdadır. Biz vətənin müdafiəçiləriyik, sizlərsə Avropa dəyərlərini bu ölkəyə gətirmək istəyən xainlərsiniz” deyərək, sərnişinləri təhqir edir.

Bu vay-şivənin nəticəsində qatarda iğtişaş yaranır, dava düşür, hadisənin necə nəticələndiyi isə məlum deyil, video bu qədərini göstərir.

Bu adamın və bu təfəkkürə, zehniyyətə sahib adamların dərdi nədir, nə istəyirlər cəmiyyətdən, niyə öz inanclarını, dəyərlərini zorla tətbiq etmək istəyirlər başqalarına? “Arxamızda dövlət var, polis var”, - deyirlər. Mənim yaşadığım ölkənin dövləti də, polisi də şəriət dövləti, polisi deyil. Bu ölkənin qanunları, konstitusiyası xalqın inanc, geyim özgürlüyünə qadağa qoymur. Azərbaycan tolerant dəyərlərə malik ölkədir.

Sən hansı dövləti, polisi nəzərdə tutursan? Hələ utanmaz-utanmaz “ar olsun” deyir insanlara. Belələri başqalarının geyimində çılpaqlıq axtarmaq yerinə, ilk növbədə, öz beyninin çılpaqlığına nəzər salmalıdır.

Ortada böyük bir savadsızlıq problemi var və bu problem ciddi şəkildə ölkənin də, cəmiyyətin də yaxasından yapışıb. İndi bu adamı necə qandırmaq olar ki, ən böyük mədəniyyətsizlik, arsızlıq, xainlik başqasını alçaltmağa çalışmaqdır?!

Əxlaq polisi obrazında insanları daim narahat edən belə gənc rüşeymlər, sabah ölkədə təxribat törətmək istəyən düşmən qüvvələr üçün əla yemdir. Yəni biz təkcə cəbhədə yox, həm də paytaxtda düşmənlərə qarşı mübarizə aparmalıyıq.

Yoxsa sabah bir İŞİD-çi çıxıb, "vətən xainsiniz" deyərək, hamımızı gülləbaran edəcək.

Tarix
2018.07.16 / 07:00
Müəllif
Vəli Hüseyn
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla