Yuxarı

Televiziya rəhbəri və oğlu işdən çıxarıldı - Açıqlama

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:58

Kanalın efir mərkəzinin və yayımının paytaxt Bakıya köçürülməsi ilə əlaqədar olaraq, yayım avadanlıqları üzərində texniki işlər aparılması zərurəti yarandığından, ARB 24 telekanalının Tovuz şəhərindəki yayımı müvəqqəti olaraq dayandırılıb.

Kult.az xəbər verir ki, bu sözləri “ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli Publika.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, kanal yaxın günlərdə Bakı şəhərində qurulan yeni yayım mərkəzindən efirə çıxacaq:

“Bu texniki yenilənmələrdən başqa kanalın yayımı və fəaliyyəti ilə bağlı heç bir problem yoxdur. Biz yenə də böyük tamaşaçı auditoriyamıza ən yüksək səviyyədə informasiya buraxılışlarını təqdim etməyə davam edəcəyik. Kanalın icraçı direktoru Nadir Şəfiyev isə öz xahişi ilə işdən çıxıb. Onun vəzifəsinin icrası isə ARB 24 kanalının baş redaktoru Radik İsmayılova həvalə olunub”.

Qeyd edək ki, bu gün həmçinin N.Şəfiyevin oğlu, həmin televiziyada redaktor işləyən Allahverdi Şəfiyev də tutduğu vəzifədən azad edilib.

Tarix
2018.09.24 / 16:41
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Rəisi həlak oldu, İrəvanı çətin günlər gözləyir - Tarasov

Rəisi qəzası: Əgər İranda kəskin dəyişiklik olarsa… - Kiviryan

Əfv Komissiyası növbəti dəfə toplanır

Əli Əsədov yeni qərar imzaladı

Rəisinin helikopterini belə tapdıq - Bayraqdar

Azərbaycandakı “Akınçı” helikopteri tapmağa hazır idi...

Ceyhun Bayramov Əli Bagiri ilə danışdı

Şok: Son anda hamısı bir helikopterə mindirilib...

Əliyev: Rəisi ilə son görüşümüz dünyaya... - Video

Növbədənkənar sessiya: MM özünü buraxır, yoxsa?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla