Yuxarı

Azərbaycana səfər etmək arzusundayam - Mer

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik olan ölkədir. Təəssüf ki, indiyədək Azərbaycanda olmamışam. Amma Azərbaycana səfər etmək arzusundayam. Azərbaycana gedərək Qafqaz dağlarının gözəlliklərini seyr etmək istərdim.

Kult.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Çinin kurort zonası olan Xaynan adasının Sanya şəhərinin meri A Dun deyib. O, Sanya şəhərində keçirilən 3-cü beynəlxalq mədəni sənaye sərgisi vasitəsilə Azərbaycanla əlaqələr qurmağa başladığını bildirib.

“Mən inanıram ki, Çin ilə Azərbaycan arasında münasibətlər davamlı olaraq inkişaf edəcək. Sanya şəhəri də bu gözəl münasibətlərdən bəhrələnərək, Azərbaycan ilə əməkdaşlığı genişləndirəcək. Dostluq və əməkdaşlığın inkişafı üçün şəhərimizin nümayəndə heyətinin Azərbaycana səfərini təşkil edərək, ölkənizdə müvafiq görüşlərin keçirilməsini düşünürük”, - deyə A Dun söyləyib.

Mer ümidvar olduğunu bildirib ki, gələcəkdə Azərbaycandan olan çoxlu sayda qonaq və turist Sanyaya səfər edərək, şəhərin gözəlliklərindən zövq alacaq. Bu cür qarşılıqlı turist səfərləri iki ölkə arasındakı münasibətlərə də öz töhfəsini verəcək.

Tarix
2018.11.18 / 18:38
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla