Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Noyabr 2018


Nargilə: "Bir gün Bəxtiyar müəllim dedi ki..."

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Pantomim" teatrı 1994-cü ildə yaradılıb. Yaradıcısı Respublikanın Əməkdar İncəsənət xadimi Bəxtiyar Xanızadədir. Teatr daha öncə "Dəli yığıncağı" Pantomim studiyası olub, 2000-ci ildə isə dövlət teatrı statusu alıb.

Azərbaycanın maraqlı və xüsusi izləyici çevrəsi olan "Pantomim"in aktrisası Əməkdar artist Nargilə Qəribova ilə söhbətimiz oldu.

- Karyeranıza necə başlamısınız?

- İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirmişəm. İkinci kursda oxuyanda Bəxtiyar müəllim bizə səhnə hərəkəti, qılınc təlimindən dərs deyirdi. Bir gün Bəxtiyar müəllim məni yanına çağırdı və dedi ki, səni öz teatrıma dəvət etmək istəyirəm. Mənim də ürəyimcə oldu, çünki hələ uşaq vaxtından rəqslərə çox baxırdım. Amma heyf ki, doğulub böyüdüyüm yerdə rəqs məktəbi yox idi. Ancaq televizora baxaraq nə isə öyrənirdim. Bəxtiyar müəllim məni bu teatra götürəndən sonra hər şeyi mükəmməl öyrətdi. Məşqlər, dərslər, tamaşalar... Bunlar hamısı böyük təcrübədir.

- Xarici ölkələrdə festivallarda olmusunuz?

- Çox ölkələrdə olmuşuq. Rusiyanın İrkutsk şəhərində festivalda "Leyli və Məcnun"la çıxışıma görə "Tamaşanın mürəkkəb plastik həllində parlaq aktyor oyunu" diplomu ilə təltif olundum. Bunu da deyim ki, Moskvanın pantomim üzrə professoru İlya Rutberq orada münsif idi.

- Bir dəfə bura tamaşaya gələndə gördüm ki, tamaşadan sonra tamaşaçılarla interaktiv diskussiya aparmaq istəyirsiniz. Ancaq tələsdiyim üçün onda bu diskussiyada iştirak edə bilmədim. Türkiyədə festivalda olanda da hər tamaşadan sonra tamaşaçılarla diskussiya aparırdılar. Bunu ilk dəfə Azərbaycanda sizin teatrda gördüm, lakin daha sonra belə diskussiyalara rast gəlmədim.

- Siz yəqin təsadüf etməmisiniz. Bizdə yeni qoyulan tamaşadan sonra ənənəvi olaraq diskussiyalar təşkil olunur. Bəxtiyar müəllim həmişə təzə tamaşa başlamadan əvvəl izləyicilərə deyir ki, biz istəyərdik ki, fikirlərinizi, duyduqlarınızı, anladığınızı, ya da xoşunuza gəlməyənləri öyrənək.

Hətta elə olub ki, biz tamaşaya ad qoymamışıq və tamaşaçılar tamaşaya baxandan sonra ona ad veriblər. Məsələn, Ceyhunun "Mən və mən", Əflatunun "Çərçivə", Səbinə ilə Bəhruzun "Dejavü", mənim "Adsız" tamaşalarımızın adını tamaşaçılar qoyub.

Olub ki, Moskvadan Lomonosov adına Universitetdən tələbə və müəllimlər, xaricilər tərcüməçilərin köməyi ilə söhbət ediblər tamaşa haqqında.

- Oynadığınız obrazlardan eləsi varmı ki, onu daha çox sevirsiniz?

- Bəxtiyar müəllim artıq bizi duyur, tanıyır. Rollar hər kəsə uyğun olaraq verilir. Məsələn, "Kimdir müqəssir?" tamaşası çox xoşuma gəlsə də, orada Baharı oynaya bilmərəm, çünki mən Bahar deyiləm. Bahar başqa bir görkəmdə, başqa bir xasiyyətdədir.

Mənə ən yaxın tamaşa "Leyli və Məcnun" idi, çünki o, ilk tamaşamdır. Ən sevdiyim tamaşa isə Ekzüperinin "Balaca Şahzadə"sidir. Bu tamaşada mən şahzadəni oynayırdım. Rollarım bir-birindən çox fərqlənir və rəngbərəngdir. "Maska" tamam başqadır, "Adsız" bir başqa... "Kesa və Morito" ümumiyyətlə, yapon qadınıdır.

- Səsli teatrda oynamaq istəyiniz olub nə vaxtsa?

- Düzünü desəm, bizim teatrımız çoxşaxəli olduğundan burda səslə də oynayırıq. "Dəli Domrul", "Məlikməmməd", "Manqurt" kimi uşaq tamaşalarında həm mahnı var, həm də mətn.

- Olub ki, siz bir tamaşada iki və tam fərqli obraz yaradasınız?

- Bizdə "Kölgə" adlı bir tamaşa var idi. Orada mən çox qoca bir nənəni və gənc bir qızı oynayırdım. Qoca nənə əsə-əsə, yavaş-yavaş səhnənin ortasına gəlirdi. Hətta yadımdadır, tamaşaçılar zaldan deyirdi ki, musiqi bitdi, bu nənə hələ səhnənin ortasına gəlib çatmadı.

Eyni tamaşada nənənin əksi olaraq şıltaq, cavan bir qızı oynayırdım.

- Sizin üzərinizə üçqat ağırlıq düşür. Çünki siz sözlə də ifadə olunacaq hər şeyi hərəkətlə göstərirsiniz, mimika, eləcə də rəqslər olur. Bunların hamısına necə nail olursunuz?

- Hər şey təbii məşqlər sayəsində əldə edilir. Bəzən bir tamaşanı gün boyu 7 saat ərzində məşq edirik. "Manqurt" tamaşasını götürək, orda mahnı, rəqs, həm də mətn var, özü də bir dildə yox, bir çox dildə (yunan, ispan, ingilis, alman və s.)... Elə olub ki, bir tamaşanı gündə 6 dəfə məşq etmişik.

- Musiqi seçimində məsləhətləşirsinizmi?

- Əlbəttə, hər kəsin çoxlu təklifləri olur və biz uyğun olanı seçirik. Bəzən olur ki, mən qurduğum tamaşaya öz seçdiyim musiqilərdən çox Elxanın, Bəxtiyar müəllimin gətirdikləri daha uyğun olur. O zaman onu seçirik.

- Repertuarınız mövsümlərlə dəyişsə də, elə tamaşalar var ki, hər zaman repertuardadır. Sizcə, bu tamaşaların sirri nədədir?

- Rusiyada bir teatr var, orda ilk tamaşa "Çayka" olub və indiyə kimi o tamaşa hər mövsümün açılışında oynanılır. Bilirsiniz, tamaşalar elə bil teatrın övladlarıdır. Axı necə demək olar ki, oynayım, atım qırağa?! Götürək bizim "Nağaraçılar"ı, Bəxtiyar müəllim onu 1993-cü ildə tamaşaya qoyub. Elə o zamandan da oynanılır. Elə tamaşalar var, səhnə kiçik olduğundan indi oynanılmır, amma zalımız hazır olanda onlar da yenidən repertuara qayıdacaq.

- Filmdə çəkilmək istəyirsinizmi?

- "Qurban" və "Şəbəkə" adlı qısametrajlı filmlərdə çəkilmişəm. Xarici ölkələrdə oxuyan azərbaycanlılar bura gəlib qısametrajlı film çəkirlər. İndi də onlardan birində rol almışam. Bədii filmə heç vaxt çəkilməsəm də, bunu çox istərdim.

Tarix
2013.12.13 / 21:31
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Загрузка...
Digər xəbərlər

ABŞ mediasında Qobustanla bağlı məqalə yayıldı - Foto

Moskvada Nəsimi ilə bağlı konfrans - Foto

Əvvəl almanlara, sonra isə ruslara qarşı döyüşən şərurlu...

Bu gün Məhəmməd peyğəmbərin mövlud günüdür

“Maşa və Ayı” Putinin təbliğat silahıdır – Tayms

Azərbaycana səfər etmək arzusundayam - Mer

Nobeli son anda itirən azərbaycanlı: dünyanın 12-ci dahisi...

Bakını talayan generalın üzrxahlığı - Vilayət Quliyev yazdı

Sən kimsən ki, içib, Şeyxə qarşı... – Deputatdan keçmiş rektora

Dünyanın ən böyük "startap" yarışması ilk dəfə Bakıda

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla