Yuxarı

Yazarlarımız bu əsərləri məcbur oxuyublar

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hansı yazıçının əsərini oxumaq istəməmisiniz, amma məcburiyyət qarşısında qalaraq oxumusunuz?

Kult.az şair və yazıçıların bu suala cavabını təqdim edir:

Tənqidçi, yazıçı Əsəd Cahangir: “Yaş artdıqca zövq də artır və bir neçə imzanı çıxmaqla əksəriyyəti zorən oxuyuram. Son vaxtlar Elçin, A.Məsud, H.Herisçi, İ.Fəhmini daha maraqla izləyirəm. Gənclərdən Cavid Zeynallı və Aqşin Evrənin yazıları analizə imkan verir. İşimlə bağlı istədim-istəmədim, oxumaq zorundayam. Amma zorən oxuduqlarımı saysam, bir kitab olar”.

Şair Kəmaləddin Qədim: “Belə bir şey olmayıb. Ürəksiz yazmadığım kimi, ürəksiz də oxumamışam”.

Pərviz Cəbrayıl: “Düzü, elə bir kitab xatırlamıram... Həmişə istədiyimi oxumuşam”.

Çinarə Ömray: “Təqdimatına getdiyim bəzi yazıçıların... Özü də yazıçının xətrinə yox ha, kitaba verdiyim pulun xətrinə oxumuşam. Və bunun əksi də olub. Platonovun “Can” əsərini dostum məsləhət görmüşdü, “oxuyacam” deyib oxumamışdım. Sonra kitabı alıb hədiyyə etdi. Məcbur qalıb oxudum və ona dəfələrlə təşəkkür etdim. Möhtəşəm əsər idi! Ona qədər düşünürdüm ki, aclığı ən gözəl K.Hamsun öz “Aclıq” romanında ifadə edib, amma “Can”ı oxuduqdan sonra fikrim dəyişdi”.

Yazıçı Xalid Kazımlı: “Məcburiyyət üzündən oxuduğum yazıçı demək olar ki, yoxdur, amma Fyodor Dostoyevskinin bir romanını (“Alçaldılmış və təhqir olunmuşlar”) oxuyandan sonra onun bütün yaradıcılığına marağım itib. Özümü nə qədər məcbur edirəm, onun başqa bir əsərini oxuya bilmirəm. Yanımda, sosial şəbəklərdə nə qədər tərifləsələr də, mənə görə, Dostoyevski yaxşı yazıçıların ilk yüzlüyündə deyil”.

Yazıçı Nəriman Əbdülrəhmanlı: “Mən də eyni mövzuya müraciət elədiyimə görə bir neçə il əvvəl Nadir Şah haqqında yazılmış iki romanı oxumalı olmuşam: Hüseynbala Mirələmov və Yunus Oğuzun romanlarını. Məndən ötrü çox çətin olsa da, öhdəsindən gəlmişəm. Amma əsasən mütaliədə öz seçimimi edirəm, artıq hər rastıma çıxanı oxumağa nə vaxtım, nə hövsələm var”.

Şair Fərqanə Mehdiyeva: “Hansı əsəri oxumuşamsa, ürəklə oxumuşam... Çünki oxuyacağım əsərə yanaşmam məni aldatmayıb. İndi oxuya bilmədiyim əsərlər, kitablar lap çoxdur. Sevə-sevə oxuduğum əsərlər kifayət qədərdir. Hüseynbala Mirələmovun əsərini isə çox çətinliklə oxumuşam. “Xəcalət” tamaşasına da bir dəfə məcbur baxmışam. Sevimli xalq artisti Nurəddin Mehdixanlı əsəri tamaşaçılara sevdirmək üçün çox çalışıb”.

Yazıçı Şərif Ağayar: “Tələbə vaxtı müəllim Homerin “İliada” və “Odisseya” poemalarını iki günə zorla oxutdurub bizə. Amma oxuduğuma peşman olmadım. Sonralar hər iki kitabı yenidən oxudum. O vaxt bu qədər böyük əsərlər olduğunu hiss eləmirdim. Çox gənc idim. Ümumiyyətlə, çox vaxt klassikanı zorla oxumuşam. Aradan zaman keçib deyə, estetik dalğaya asanlıqla düşə bilmirsən. Düşəndə isə çıxmaq çətin olur. Belə bir deyim var: klassik o əsərdir ki, hamı istəyir oxumuş olsun, ancaq heç kim oxumaq istəmir. Zorla oxumaqdan çəkinmək olmaz. Öyrənməyin, inkişaf etməyin bir ucunda zor, özünü məcbur etmə, icbarilik var. Yeni məlumat beyindən zəhmət tələb edir”.

Şair-bəstəkar Xanım İsmayılqızı: “16 yaşım olanda “Gənclik” nəşriyyatında korrektor işləməyə başladım. 10 il orada işlədim. Bu 10 ildə məcburiyyət qarşısında, amma vəzifə borcumu yerinə yetirərək, oxumaq istəmədiyim, bəyənmədiyim o qədər əsər oxumuşam ki! Əksəriyyəti də tanınmış yazıçılarımız, şairlərimiz olub. Bir də elə müəlliflər olub ki, kitablarını hədiyyə ediblər, məcburən oxumuşam... Keçən il bir tanınmış yazıçımızın əsərini o qədər təriflədilər ki, maraqdan oxudum. Heç nə... Bəyənmədim”.

Şair Nuranə Nur: “Vaxtilə Dostoyevskinin “Cinayət və cəza”sını və illər sonra Kamal Abdullanın “Yarımçıq əlyazma”sını özümü məcbur edib oxumuşam. Amma sonra dərk etmişdim ki, yaxşı əsər onu oxuyub bitirəndən sonra başlayır. Vaxt edib hər iki əsəri yenidən oxuyacağam”.

Şair Vəfa Mürsəlqızı: “Düzü, hansısa əsəri məcbur oxumamışam. Amma bəzən insanların fikrinə istinad edərək təriflənən yazı nümunələrini oxumağa özümü məcbur etmişəm: xəbərdar olmaq, fikir bildirə bilmək üçün. Ən son Orxan Pamukun “Qırmızı saçlı qadın” romanını maraq xatirinə on-on beş səhifə oxudum. Düzü, istədiyim zövqü ala bilmədim, təriflədikləri qədər deyildi”.

Tarix
2017.05.03 / 08:41
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla