Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Noyabr 2018


Qüdsü azad edən, 3 lideri diz çökdürən azərbaycanlı - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən qədim şəhərlərindən olan Qüds həm yəhudilər, həm xristianlar, həm də müsəlmanlar üçün xüsusi əhəmiyyət daşıyır. Qüdsdə bu üç böyük dinin mühüm mәbәdlәri yerləşir. Bu şəhəri islam, xristian və yəhudiliyin birləşmə nöqtәsi də adlandırmaq olar.

Qüdsdәki Əqsa məscidi müsәlmanların ilk qiblәsidir. Qüds müsәlmanlar üçün Məkkə vә Mədinədәn sonra üçüncü müqәddәs şәhәr hesab olunur.

Qüds xristianlar üçün İsa peyğəmbərin son günlərini yaşadığı, həvarilərlə gizli görüş keçirdiyi, çarmıxa çəkildiyi yer, yəhudilər üçün isə İbrahim peyğəmbərin oğlu İsmayılı qurban kəsmək istədiyi şəhərdir.

Hazırda Qüdsün şərq hissəsi Fələstinin hüquqi paytaxtıdır. Şəhər de-fakto İsrail dövlətinin nəzarətindədir.

Qüds tarix boyu qızğın müzakirələrə, müharibələrə səbəb olub. Həm İsrail, həm də Fələstin Muxtariyyəti Qüdsü öz paytaxtı sayır, lakin fələstinlilərin əksəriyyəti de-fakto buraya getmək hüququndan məhrumdur.

Qüdsün azadlıq tarixində mühüm yer tutan şəxsiyyətlərdən biri də əslən azərbaycanlı olan dövlət xadimi Səlahəddin Əyyubidir. Misir, Suriya, Yəmən və Fələstinin sultanı olan Səlahəddin Əyyubinin azərbaycanlı olması haqda məlumatlar tarixçi İbn Hellikanın “Görkəmli adamların ölüm tarixi” əsərində qeyd olunub. Əsərdə Səlahəddinin dilində deyilir:

“Biz Azərbaycandanıq. Əmim Şirkuh deyirdi ki, Ez-zib tayfasındanıq”.

Təsadüfi deyil ki, onun övladları Tuğtəkin və Turanşahın da adı əsil türk adlarıdır.

Daha ətraflı videoda...

Tarix
2018.05.16 / 07:30
Müəllif
Ömər, Sevinc, Eşqin
Oxunub
28 915
Şərhlər
Загрузка...
Digər xəbərlər

İspan mənşəli azərbaycanlı qızın Türkiyədə qeyri-adi həyatı - Foto

Azərbaycanın məşhur hambalı: 22 yaş kiçik aktrisa ilə... - Video

Pakistanın azərbaycanlı baş naziri – Məşhur ailə

Gülərək ölən xalq artisti: SSRİ onun bu “səhv”ini bağışlamadı

Türkiyədən Mübarizlə bağlı möhtəşəm süjet - Video

Ukraynada polis rəisi olan azərbaycanlı xanım... - Foto

Kamal Sunalın həyat yoldaşı hər kəsi kövrəltdi - Foto

Bunu etsək, Azərbaycanda türk qalmaz... - Atatürkün gizli sözü

"Atamı Səməd Vurğuna yazılan məktubdan sonra tutdular"

Düşmənin yüz metrliyində... - Reportaj

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla