Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Noyabr 2018


Düşmənin yüz metrliyində... - Reportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı ən çox zərər çəkən yaşayış məntəqələrindən biri Tərtər rayonunun Qapanlı kəndidir. Təmas xəttinin bir neçə yüz metrliyində yerləşən kənddə demək olar ki, düşmən atəşinə tuş gəlməyən ev qalmayıb. Lakin kənddə həyat hər zaman öz axarı ilə davam edir. Buna səbəb isə kəndin dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunması, əhalinin yurda, torpağa bağlılığı, Azərbaycan Ordusuna və Ali Baş Komandana olan böyük inamıdır.

Axar.az Azərtac-ın Qapanlıdan hazırladığı reрortajı təqdim edir:

Cəbhə kəndi dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub

Tərtər rayonunun digər cəbhəyanı kəndləri kimi Qapanlıda da əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.

Kəndin icra nümayəndəsi Lətif Həmidov söhbət zamanı bildirdi ki, yaşayış məntəqəsində hər bir evə içməli su xətti çəkilib, qaz və elektrik problemləri həll edilib. Elektrik xətləri dəyişdirilərək, müasir SİP kabellərlə əvəzlənib. Əhaliyə yüksək səviyyədə rabitə xidməti göstərilməsi üçün 128 nömrə tutumlu Elektron Avtomat Telefon Stansiyası tikilib, mənzillərə telefon xətləri çəkilib və internetlə təmin olunub. Kənddə tibb məntəqəsi və 240 şagird yerlik orta məktəb binası da inşa olunub. Kəndarası yolda gecə işıqlandırma sistemi quraşdırılıb. Bundan başqa, suvarma suyuna olan tələbatın ödənilməsi üçün yeni subartezian quyuları qazılıb. Əhalinin rahat yaşaması, gündəlik məişət, eləcə də təsərrüfat işləri ilə təhlükəsiz məşğul olması üçün kəndin ətrafına istinad divarı çəkilib.

Atəşkəsin tez-tez pozulmasına baxmayaraq, məktəbdə dərslər öz ahəngi ilə gedir

Kənddə ilk getdiyimiz ünvan orta məktəb oldu. 2013-cü ildə istifadəyə verilən məktəbdə şagirdlərin təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Məktəb fənn kabinələri, laboratoriya, kompüter və sinif otaqları, akt və idman zalları, bufet, kitabxana, xidməti otaqlar, istilik sistemi, lazımi inventar və avadanlıqlarla təmin olunub.

Məktəbin direktoru Fitat Əliyeva təhsil ocağı ilə tanış olarkən qeyd etdi ki, burada 159 şagirdin təlim-tərbiyəsi ilə 28 müəllim məşğul olur. Cəbhə xəttinin bir neçə addımlığında yerləşən kənd məktəbində şagirdlərin davamiyyəti, tədrisin keyfiyyəti yüksəkdir. Atəşkəsin tez-tez pozulmasına baxmayaraq, məktəbdə dərslər öz ahəngi ilə gedir. Məktəbin məzunları ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr əldə edirlər. Aprel döyüşlərinin getdiyi 2016-cı ildə məktəbi bitirən 13 məzundan 7 nəfəri ali məktəbə qəbul olub. Cari ilin məzunlarından 8 nəfər ali məktəblərdə, 2 nəfər isə orta ixtisas məktəblərində oxumaq hüququ qazanıb.

Valideyn Fəridə Mustafayeva da məktəbdə tədrisin keyfiyyətindən razılığını ifadə edib: "Üç övladımı Qapanlı kənd tam orta məktəbinə göndərmişəm. Onlardan ikisi yüksək balla ali məktəbə qəbul olub. Bir qızım isə 10-cu sinif şagirdidir. Ondan da yüksək nailiyyət gözləyirik".

Qapanlı tibb məntəqəsinin həkimi: Qapıda, pəncərədə düşmənin atdığı güllələrin izi var

Qapanlı kəndində əhalinin sağlamlığının qorunması da dövlətin diqqətindədir. Cəbhə kəndində tikilib istifadəyə verilən tibb məntəqəsi lazımi avadanlıqlarla və peşəkar tibb heyəti ilə təmin edilib. Burada kənd sakinlərinə tibb xidməti göstərmək üçün hər cür şərait yaradılıb. Səhiyyə ocağı günün bütün saatlarında xəstələri qəbul etməyə hazırdır.

Həkim İradə Hüseynova bildirdi ki, 2015-ci ildə istifadəyə verilən tibb məntəqəsində 2 həkim, 8 orta ixtisas təhsilli tibb işçisi çalışır. Məntəqəyə təcili tibbi yardım üçün avtomobil də ayrılıb. "Məntəqə düşmən mövqelərinə çox yaxın məsafədə yerləşsə də, bu, bizi qorxutmur. Düşmən tibb məntəqəsini də hədəfə alır. Məntəqənin qapısında, pəncərədə düşmənin atdığı güllələrin izi var. Lakin buna baxmayaraq, biz öz işimizdəyik. Sakinlərimizə nümunəvi tibb xidməti göstərməyə çalışırıq", - deyə həkim bildirib.

Düşmənin atəşi nəticəsində mülki əhaliyə dəymiş ziyan aradan qaldırılıb

2016-cı ilin aprelində Ermənistan silahlı bölmələrinin atəşi nəticəsində Qapanlı kəndində demək olar ki, bütün evlər zərər çəkmişdi. Həmin evlər Prezident İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən bərpa edilib, tamamilə dağılmış bir ev yenidən tikilib. Kənd sakini Abbas Abbasov həmin dövrü belə xatırlayır: “2016-cı ilin aprelində düşmən kəndimizi atəşə tutanda bir çox ev kimi, bizim evimiz də dağılmışdı. Çox çətin vəziyyətdə idik. Belə bir vaxtda Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva təmas xəttinə çox yaxın olan kəndimizə gəldilər, sakinlərlə görüşdülər. Dövlətimizin başçısı bizimlə söhbətində dedi ki, dağılmış bütün evlər dövlət vəsaiti hesabına bərpa ediləcək. Belə bir çətin vaxtda Prezidentin xanımı ilə birlikdə kəndimizə gəlməsi hər bir sakində böyük ruh yüksəkliyi yaratdı. Qısa vaxtda dağılmış bütün evlər bərpa edildi. Kənd əvvəlkindən də yaxşı vəziyyətə gətirildi. Bu gün dövlətimizin başçısının və Azərbaycan Ordusunun sayəsində kəndimizdə rahat yaşayır, öz gündəlik işimizlə məşğul oluruq. Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial durumu ağır olan sakinlərə mal-heyvan da verildi. Bütün bunlara görə Prezidentimizə minnətdarlığımızı bildiririk".

Qapanlı sakinləri əkin-biçinlə gecə saatlarında məşğul olurlar

146 təsərrüfatdan ibarət Qapanlı kəndinin sakinləri əsasən heyvandarlıqla məşğul olur, yonca və taxıl becərirlər. Kənd sakini Namizəd Əliyevlə söhbət zamanı bildirdi ki, düşmən mövqelərinə yaxın olduğu üçün kənd təsərrüfatı işləri gündüz deyil, gecə saatlarında aparılır. "Sahələri gecə suvarır, əkin-biçin işlərini gecə edirik. İşlərin gecə görülməsi çətinlik yaratsa da, bizi ruhdan salmır. Çünki doğma torpağımızdayıq, öz Vətənimizdəyik. Ordumuza güvənir, işğal altındakı torpaqlarımızın azad ediləcəyinə inanırıq", - deyə vurğulayır.

Namizəd Əliyev bu sözləri ilə kəndin bütün sakinlərinin fikirlərini ifadə etmişdi. Qapanlı sakinləri öz doğma kəndlərini bir an belə tərk etmir, Ali Baş Komandanın qətiyyəti, Azərbaycan Ordusunun qüdrəti sayəsində tezliklə düşmən üzərində qələbə qazanılacağına inanırlar.

Tarix
2018.11.02 / 12:09
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Nazirin millət vəkili olan qızı tələbəlikdən danışdı

Sabiq deputat "Nəsimi" bazarında satıcı işləyir - Foto

İspan mənşəli azərbaycanlı qızın Türkiyədə qeyri-adi həyatı - Foto

Azərbaycanın məşhur hambalı: 22 yaş kiçik aktrisa ilə... - Video

Pakistanın azərbaycanlı baş naziri – Məşhur ailə

Gülərək ölən xalq artisti: SSRİ onun bu “səhv”ini bağışlamadı

Türkiyədən Mübarizlə bağlı möhtəşəm süjet - Video

Ukraynada polis rəisi olan azərbaycanlı xanım... - Foto

Kamal Sunalın həyat yoldaşı hər kəsi kövrəltdi - Foto

Bunu etsək, Azərbaycanda türk qalmaz... - Atatürkün gizli sözü

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla