Yuxarı

Murad Dadaşov jurnalistləri “Maşın”dan qovdurdu

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mübahisələr və qalmaqallarla dolu "Maşın" şounun komandası jurnalistlərə qarşı hörmətsizlik edib.

Kult.az Musavat.com-a istinadla xəbər verir ki, bu gün şounun final günü baş tutmalı və qalib açıqlanmalıydı. Lakin şounun qalibinin Talıb Talenin olması ötən gündən mediada öz əksini tapmışdı. Dünən gecə heç nə olmamış kimi şou yayımlandı və qalib açıqlanmadı. Buna səbəb isə layihə rəhbəri Murad Dadaşovun sponsorlarla bağladığı müqavilə oldu.

Bu gün keçirilən final gecəsinə media nümayəndələri dəvət olunsa da, onlar efir başlamamış məkandan qovulublar. Azxeber.com saytının əməkdaşı Nazim Qasımzadə, Primetime.az saytının müxbiri Teymur Məmmədov və Showxeber.az saytının müxbiri Elman Məmmədov öncə şounun keçirildiyi məkana buraxılıb.

Daha sonra cangüdənlər onlara yaxınlaşaraq təcili studiyanı tərk etmələrini tələb ediblər. Səbəb kimi isə jurnalistlərin qalibi qabaqcadan açıqladıqları bildirilib.

Tarix
2017.10.25 / 23:49
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla