Yuxarı

Azərbaycanlı qızla erməninin dostluğu mübahisə yaratdı - Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikada yaşayan azərbaycanlı bloger Ruslana Cavadovanın (Ruslana Gee) ilə erməni əsilli Karina Kasparyantsla dostluğu sosial şəbəkə istifadəçilərini qarşı-qarşıya qoyub.

Baku.vs xəbər verir ki, Ruslana Gee şəxsi İnstaqram səhifəsində Karina ilə birlikdə çəkdirdiyi fotonu paylaşaraq belə yazıb:

"Axır ki, Karina ilə real həyatda görüşdük. İkimiz də görüşqabağı çox həyəcan keçirmişik. Amma nahaq yerə. Hər şey möhtəşəm keçdi".

Bu sözlərdən bəlli olur ki, qızlar uzun zamandır virtual aləmdə dostluq edirlər. Müxtəlif ölkələrdə yaşadıqlarından görüşmək imkanları olmayıb. Amerikaya gedən Karina fürsətdən istifadə edib Ruslana ilə görüşüb.

Birgə çəkdirdikləri şəkli Kasparyants da öz səhifəsində paylaşıb və Ruslana ilə videoçarxlar çəkməyi planlaşdırdıqlarını, lakin hələ ideya axtarışında olduqlarını qeyd edib.

Azərbaycanlı və erməni qızların dostluğu sosial şəbəkədə birmənalı qarşılanmayıb. Bir çoxları Azərbaycan və Ermənistan münaqişəsini əsas gətirərək, bu dostluğu pisləyib. İzləyicilərin bir qismi isə onları təqib etməkdən imtina etdiklərini yazaraq, səhifəni tərk ediblər.

Ruslana Bakıda doğulub. Model fəaliyyəti göstərib. İstanbulda zərgərlik məmulatlarının dizayneri ixtisası üzrə təhsil alıb. Hazırda təhsilini Amerikada davam etdirir.

Karina Kasparyants Qazaxıstanda doğulub, sonra isə Rusiyanın paytaxtı Moskvaya köçüb.

Tarix
2018.09.05 / 22:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla