Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Oktyabr 2018


Gülməli geyim istəmirsinizsə, oxuyun: yeni dəb – Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Havalar soyuduqca incə geyimlər qalın geyimlərlə əvəzlənir. Artıq hər bir xanımı payız fəsli üçün “hansı geyimi alsam daha yaxşı olar?”, “hansı rəng və ya tərz dəbdədir?” kimi suallar düşündürür.

Axar.az sizə 2018-2019-cu il payız-qış kolleksiyasında aktual olacaq bəzi trendləri tədqim edir.

İlk olaraq qeyd edək ki, yeni sezon trendləri olduqca iddialı parçalardır və çox gözəçarpandır. Qısacası heyvani printlər bu ilin dəbidir. Həmçinin heyvani printləri gül-çiçək printləri ilə də qarışdırmaq olar. Belə ki, bu mövsümün trendləri vəhşi dizaynlarla təqdim olunur və tamamilə dəri geyimlərlə ciddiyyəti artırır.

Bu il trendlər “Gələcəyə Baxış Modası: 2050” şəklindədir. Bu da o deməkdir ki, geyimlər əsasən 2050-ci illərin dəbini özündə əks etdirəcək. İndi alın, 2050-ci illərdə də geyinə bilərsiniz. Yəni bir növ geyimlərlə zaman maşınındaymış kimi səyahət etmiş kimi olacağıq.

Daha çox vəhşi cizgilər-ləkələr, leopard, zebra naxışlı parçalar geyimlərdə üstünlük təşkil edəcək. Hətta bu naxışlı geyimlərin bu il daha çox istifadə olunacağını deyə bilərik. İpək parçalarda isə qarışıq naxışlarla retro havası hiss olunacaq. Hətta nənələrinizin baş örtüklərini, şallarını götürüb geyim tikdirə bilərsiniz. Artıq gözümüzü bu ildən yormağa başlayan, ancaq bu ilin ən trendlərindən sayılan tuvit parçalar da ilin hitlərindəndir.
Üst geyimlərdə isə örtük naxışlı, yorğan kimi qalın pançolar bu il bizimlədir. Yolda üst-üstə gödəkçə, jaket geyinən birini görsəniz, təəccüblənməyin. Çünki bu ilin trendlərindən biri də budur. Xanımlar bu cür “look”lar hazırlayarkən diqqətli olmalıdır. Çünki, düzgün kombinlə gözəl görünsə də, yanlış kombin etdikdə bu cür “look”lar ətrafdakıların sizə gülməsinə səbəb ola bilər.

Artıq bir neçə ildir ki, istifadə olunan, bu il isə daha çox önə çıxan “plise” ətəklər ilin əvəzedilməzlərindən sayılır. Kosmosu xatırladan parıltılı, işıltılı geyimlər də eynilə bu sezon daha çox dəbdə olacaq.

Rənglərdən isə torpaq çalarları ilin trendi olub, sezonu bütünlüklə qucaqlayır. Qızılı, gümüşü rənglər yenə də ideal rəng seçimi olaraq qalmaqdadır. Sadəliyi sevən xanımlar ağla xaki rəngin ahəngini öz paltarlarında istifadə edə bilər.

Saçaqlar, püsküllər yeni sezonda tez-tez rast gələcəyimiz detallardan biridir.

Aksesuarlarda artıq bir neçə ildir dəbə minən medalyonlar bu ildə nömrə bir sayılır.

Bu il dəri ilidir. Hətta başdan-ayağa dəri geyinsəniz belə gözyorucu olar deyə düşünməyin.

Bunlar 2018-2019-cu il payız-qış kolleksiyasından trend olan bəzi məlumatlar idi. Ümid edirik ki, işinizə yarayar və sizə də maraqlı olar.

Tarix
2018.10.14 / 01:29
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Murad Dadaşov Tünzaləyə konsertində elə sözlər dedi ki...

Sibel Can, Tarkan və Nura “eyni qatarda” - Video

Elcanın verilişi bağlandı

"Səni deyirlər" mahnısının ifaçısı Bakıya gəldi - Video

Müğənnilərimizin Yıldız Tilbə konsertində rəzaləti

Toppuş bacı imtina etdi, amma puldan yox - Video

Azər Axşamın adından iyrənc yalan yayıldı - Açıqlama

Aydın Xırdalanlının son görüntüləri yayıldı - Video

Corc Buşun qızı aktyora ərə getdi - Foto

Renkadan açıqlama: 100 manata gücüm çatdı...

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla