Yuxarı

Dünyanın ən gözəl Birinci xanımları - Foto

Ana səhifə Maraqlı
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Tramp ABŞ prezidenti seçildikdən sonra onun həyat yoldaşı Melani Tramp dünyanın ən gözəl birinci xanımları siyahısına düşüb.

Ölkə.Az Qərb mətbuatının tərtib etdiyi "Dünyanın ən gözəl birinci xanımları" siyahısını təqdim edir.

1. Mehriban Əliyeva, Azərbaycan

Azərbaycan Prezidenti İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyeva məktəbi qızıl medal ilə bitirdikdən sonra Moskvada Seçenov adına Tibb Universitetindəki təhsilini qırmızı diplomla başa vurub.

Mehriban Əliyeva məşhur şərqşünas Aidə İmamquliyeva və Milli Aviasiya Akademiyasının rəhbəri Arif Paşayevin qızıdır.

Ölkənin birinci xanımı Azərbaycan Gimnastika Federasiyasının, "Heydər Əliyev Fondu"nun rəhbəridir. UNESCO, BMT, İSESCO kimi beynəlxalq qurumların xoşməramlı səfiri olmaqla yanaşı Milli Məclisin deputatıdır. Mehriban xanımın iki qızı, bir oğlu var. Həyat yoldaşını xarici səfərlərdə müşayət edir. Qərb mətbuatının fikrinə görə, Azərbaycanın birinci xanımı dünyanın ən gözəl birinci xanımlarından biridir.

2. Melaniya Tramp, ABŞ

Donald Tramp ABŞ prezidenti seçildikdən sonra onun həyat yoldaşı, keçmiş model Melaniya Tramp dünyanın ən gözəl birinci xanımlarından birinə çevrilib. Melaniya gözəlliyi və geyim üslubu ilə Ceki Kennedi ilə müqayisə edilir.

Seçkidən sonra Ağ Evdə qayda-qanunların Sloveniyalı model tərəfindən diqtə ediləcəyinə heç kəs şübhə etmir. Şərqi Avropa ləhcəsindən qurtula bilməyən birinci xanımın həyatını Zoluşkanın nağılına bənzədənlər də var.

3. Əsma Əsəd, Suriya


Bir neçə il əvvəl Amerikada nəşr olunan bir jurnal Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədi dünyanın ən gözəl birinci xanımı elan etmişdi. Suriya müharibə şəraitində olduğu üçün bu hadisəni heç kəs xatırlamır.

Dövlət başçısının xanımı Londonda anadan olub və Suriyanın Homs şəhərində məskunlaşan sünni məzhəbli bir tayfanın qızıdır. Onun atası məşhur kardioloqdur. Əsma Britaniya paytaxtında kompüter texnologiyası və fransız ədəbiyyatı sahəsində yaxşı təhsil alıb. Bankda da işləyib. Bəşər Əsədlə uşaqlıqdan tanışdır. Suriyaya tətilə gələndə bu dostluq sevgiyə çevrilib. Bəşər prezident olduqdan sonra cütlük ailə qurub. Ailənin 3 övladı var.

4. Anxelika Rivera, Meksika

Meksikanın birinci xanımı Anxelik Rivera ölkə prezidenti ilə ailə qurmadan əvvəl də məşhur idi. Tamaşaçılar onu "Sadəcə Mariya" serialından tanıyır. Anxelika serialda qrafinya İzabella Penalbert obrazını canlandırıb.

Serial çəkilişləri zamanı aktrisa Veronika Kastronun qardaşı ilə görüşüb və cütlüyün bu münasibətdən 3 övladı dünyaya gəlib. 4 illik ailə həyatından sonra Anxelika ərindən ayrılır. 2010-cu ildə Anxelika Mexiko ştatının qubernatoru Enrike Penya ilə ailə qurur. Enrike də dul idi və 3 övladı var idi. 2012-ci ildə Penya ölkə prezidenti oldu və Anxelika artıq televiziyada birinci xanım kimi peyda olmağa başladı.

5. Xuliana Avada, Argentina

Bir il əvvəl Argentina prezidenti Maurisio Makrinin həyat yoldaşı Xuliana Avada dünyanın ən gözəl birinci xanımlarından biri kimi qəbul edildi. Ötən il keçirilən seçkilərdə prezident seçilən Maurisio Çində keçirilən "Böyük Doqquzluq" sammitinə həyat yoldaşı ilə təşrif buyurmuşdu. Birinci xanım mətbuat nümayəndələrinin böyük diqqətinə səbəb oldu.

2015-ci ildə məşhur "Voque" jurnalı Argentinanın birinci xanımını dəb ikonu siyahısına əlavə etmişdi. Xuliana valideynlərindən ona miras qalmış iri tekstil şirkətinin rəhbəridir.

Tarix
2016.11.18 / 13:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla