Yuxarı

ABŞ-da 1973-ci ilin ilk internetinin xəritəsi tapıldı

Ana səhifə Maraqlı
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Karneqi Mellon Universitetinin kompüter məktəbində 1973-cü ilin ilk internetinin xəritəsi tapılıb.

Azərtac xəbər verir ki, İncəsənət Muzeyinin əməkdaşı Karnegi Devid Nyuberi bu barədə məlumatı öz Tvitter səhifəsində dərc edib.

1973-cü ildə ABŞ-da ARPANET şəbəkəsi 36-dək mərkəzə birləşdirilmiş 42 kompüterdən ibarət olub. Xəritənin yaradılmasından cəmi bir neçə ay sonra ARPANET Norveçdə və Londonda server istifadəyə verərək beynəlxalq şəbəkəyə çevrilib. Şəbəkəyə ABŞ-ın ən böyük universitetləri, o cümlədən Kaliforniya, Harvard, Stenford universitetləri qoşulub. Xəritədə nodlar - baza marşrutizatorları kvadratlarla, müştəri kompüter və serveri isə oval işarələrlə qeyd olunub.

ARPANET (Advanced Research Projects Agency Network) şəbəkəsi 1969-ci ildə ABŞ-ın perspektiv tədqiqatlar üzrə Müdafiə Nazirliyi agentliyində (DARPA) yaradılıb və müasir internetin prototipi olub.

Tarix
2016.12.17 / 20:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla