Yuxarı

Markez: "Azərbaycan həqiqətləri barədə çox şey öyrəndik"

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasında qazanılan təcrübə dünya mediası üçün böyük önəm kəsb edir.

Beynəlxalq tədbirlərdə iştirak etmək üçün Bakıda səfərdə olmuş Portuqaliyanın LUSA agentliyinin rəhbəri Tereza Markez AzərTac-a müsahibəsində belə deyib.

“Beşinci Konqres və OANA-nın XVI Baş Assambleyası çox vacib tədbirlərdir. Biz bir-birimizi daha yaxından tanımaq imkanı əldə etdik, qarşımızda duran vacib çağırışlarla bağlı müzakirələr apardıq, problemlərin həlli yollarını araşdırdıq. Bu tədbirlər, həmçinin gələcək əməkdaşlıq baxımından bizə yaxşı imkan yaratdı”, - deyə T.Markez qeyd edib.

LUSA-nın prezidenti vurğulayıb ki, beynəlxalq tədbirlərin açılışında Prezident İlham Əliyevin söylədiyi nitq iştirakçılarda böyük maraq doğurdu. O deyib: “Biz Prezident İlham Əliyevin nitqinə diqqətlə qulaq asdıq və Azərbaycan, bu ölkənin həqiqətləri barədə çox şey öyrəndik. Zənnimcə, dünyanın aparıcı xəbər agentliklərinin rəhbərlərinin bu həqiqətləri bilməsi, Azərbaycanı yaxından tanıması müsbət haldır. Tədbirlərin yüksək səviyyədə təşkilatçılığı və sessiyalarda peşəkarların moderatorluq etməsi də olduqca təqdirəlayiq idi. Bütövlükdə V Konqresin və Baş Assambleyanın möhtəşəm keçdiyini deyə bilərəm”.

Tarix
2016.11.25 / 19:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla