Axar.az
Yuxarı
26 Mart 2017


Dünya Azərbaycanı dinləyir - Əli Həsənov

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Radiosunun 90, Azərbaycan Televiziyasının 60 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinin təltif edilməsi haqqında 2016-cı il 7 noyabr tarixli sərəncamları ilə təltif olunmuş şəxslərin dekabrın 30-da mükafatlandırılması mərasimi keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mərasimdə çıxış edərək Azərbaycan Radiosunun 90, Azərbaycan Televiziyasının 60 illik yubileyinin yüksək səviyyədə qeyd olunduğunu vurğulayıb. Bildirib ki, həmin tədbirdə Azərbaycan teleradiosunun fəaliyyət tarixinə nəzər salındı, keçilmiş yola qiymət verildi, müstəqil Azərbaycan dövlətinin müasir həyatında televiziyanın və radionun əhəmiyyəti dəyərləndirilərək qarşıda duran vəzifələr, əsas hədəflər müəyyənləşdirilib.

Ölkəmizdə radionun 1926-cı, televiziyanın isə 1956-cı ildə fəaliyyətə başladığını xatırladan Əli Həsənov bildirib ki, bununla da Azərbaycan əhalisi respublikada, eləcə də SSRİ məkanında yaşanan hadisələri birbaşa izləmək imkanı əldə etdi. Bu, Azərbaycanın SSRİ məkanında ən qabaqcıl respublikalardan biri olduğunu göstərir.

Azərbaycan xalqının teleradio, həmçinin jurnalistika sahəsində zəngin ənənələrinin olduğunu vurğulayan Prezidentin köməkçisi deyib ki, 1875-ci ildə Həsən bəy Zərdabinin təməlini qoyduğu milli mətbuatımız o dövrdə müsəlman Şərqində ilk milli mətbuat nümunəsi idi. Xüsusi vurğulanıb ki, ümummilli lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev teleradionun, medianın fəaliyyətinə həmişə böyük önəm veriblər. Təsadüfi deyil ki, bu sahədə çalışan minlərlə insan daim dövlətin diqqət və qayğısından bəhrələnib, müxtəlif dövlət təltifləri ilə mükafatlandırılıb.

Müstəqillik illərində Azərbaycanda teleradio sahəsində böyük inkişafın müşahidə olunduğunu deyən Əli Həsənov bildirib ki, hazırda Azərbaycanda media, o cümlədən televiziya və radio sahəsində çalışan insanlar, qurumlar bölgədə bu baxımdan ən qabaqcıl nümunələr yaradıblar. Bu gün Azərbaycanda fəaliyyət göstərən televiziya, radio və kütləvi informasiya vasitələri dünyanın ən qabaqcıl televiziya, radio və mətbuat qurumları ilə rəqabət aparmaq gücündədir. Azərbaycan mətbuatı, o cümlədən teleradiosu dövlətimizin göstərdiyi yüksək diqqət və qayğı nəticəsində inkişaf edərək xalqımızın informasiya, mədəni və digər mənəvi ehtiyaclarını ödəyir.

“Sizin efirləriniz vasitəsilə dünya Azərbaycan xalqının mədəniyyəti, milli-mənəvi dəyərləri, mövcud reallıqları ilə tanış olur. Sizin dalğalarınız vasitəsilə dünya Azərbaycanı dinləyir, ölkəmizdə baş verən hadisələri izləyir. Kütləvi informasiya vasitələrinin səhifələrindən dünya Azərbaycan ilə, xalqımız isə dünya ilə tanış olur. Siz bir tərəfdən Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin, milli-mənəvi dəyərlərinin salnaməsini yaradaraq tarixə həkk edir, digər tərəfdən isə yeni-yeni nümunələr yaradaraq gələcək nəsillərə ötürürsünüz. Kütləvi informasiya vasitələri, televiziya, radio dünyada xalqların, mədəniyyətlərin və nəsillərin arasında körpü yaradır, keçmişin ən yaxşı nümunələrini yaşadaraq gələcək nəsillər çatdırır. Bununla yanaşı, yeni texnologiyalar tətbiq etməklə gələcək nəsilləri bundan sonrakı inkişaf üçün yeni-yeni addımlar atmağa stimullaşdırır”, - deyə Əli Həsənov qeyd edib.

Sonra mükafatlar təqdim olunub.

Mükafatların təqdim olunmasından sonra təltif edilən şəxsləri və tədbir iştirakçılarını bir daha təbrik edən Əli Həsənov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xoş arzularını çatdırıb, onlara uğurlar arzulayıb.

Mərasim konsert proqramı ilə davam edib.

Qeyd edək ki, Azərbaycanda televiziya və radio sahəsində xidmətlərinə görə üç nəfər “Xalq Artisti”, altı nəfər “Əməkdar Artist”, 13 nəfər “Əməkdar Jurnalist”, 13 nəfər “Əməkdar Mədəniyyət İşçisi”, 5 nəfər isə “Əməkdar Mühəndis” fəxri adları ilə təltif ediliblər. Eləcə də iki nəfər “Şöhrət”, üç nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə, 48 nəfər isə “Tərəqqi” medalına layiq görülüb. Bundan başqa, üç nəfər Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, altı nəfər isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

Tarix
2016.12.30 / 21:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Caginyan erməni işğalından yazdı - ABŞ mediasında

İordaniya mediası Xocalıdan və Aprel döyüşündən yazdı

İtaliya mətbuatı Xocalı dəhşətlərindən yazdı - Foto

MŞ sədri parlamentdə senzura sözünə qarşı çıxdı

Özbəkistan mediası Lapşinin Bakıya gətirilməsindən yazdı

İsrail mediası: "Ermənistanın etnik təmizləməsi..."

Bakıdakı anti-terror əməliyyatı türk mediasında - Foto

Özbəkistan portalı: "Azərbaycan böyük qayıdışa doğru..." - Foto

ATV redaktoru işdən çıxarıldı- Şirkət rəsmi açıqlama yaydı

İraq mediası da 20 Yanvar faciəsindən yazdı - Foto

KULT
<>
Xəbər xətti
 
SORĞU
Cocuq Mərcanlıda yaşamaq istərdiniz?
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla