Yuxarı

Qəbələdə möhtəşəm muğam axşamı - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 30-dan başlayaraq qədim Qəbələ şəhəri Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan musiqi festivalına uğurla ev sahibliyi edir.

Axar.az xəbər verir ki, 12 ölkədən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorların iştirak etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində dünya şöhrətli musiqiçilərlə yanaşı, gənc ifaçılar da səhnəyə çıxırlar. Əsasən klassik musiqi əsərlərinin səsləndirildiyi Qəbələ Beynəlxalq Musiqi Festivalında hər il ənənəvi olaraq milli musiqimiz olan muğama da geniş yer verilir.

Yerli və xarici musiqisevərlər avqustun 1-də açıq havada keçirilən muğam axşamını həvəslə gözləyirdilər. Konsertə böyük tamaşaçı marağı olduğu üçün Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı parkda quraşdırılan səhnənin önünə əlavə oturacaqlar da yerləşdirilmişdi.

Tamaşaçılara unudulmaz musiqi bayramı həyəcanı yaşadan konsertdə Heydər Əliyev Fondunun təşkil etdiyi II Respublika Televiziya Muğam Müsabiqəsinin qalibi xanəndə Güllü Muradovanın və I Respublika Televiziya Muğam Müsabiqəsinin diplomantı, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti xanəndə İlkin Əhmədovun çıxışları böyük marağa səbəb olub.

Gənc və istedadlı muğam ifaçılarını tarda Əməkdar artistlər Sahib Paşazadə, kamançada Toğrul Əsədullayev, qanunda Çinarə Heydərova, həmçinin nağarada Emin Cəbrayılov, balabanda Fəqan Ələsgərov, udda Şəfa Kərimov müşayiət edirdi.

İki minədək tamaşaçının iştirakı ilə iki saat davam edən konsert alqışlarla başa çatıb.

Tarix
2016.08.01 / 22:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla