Yuxarı

Müslüm Maqomayevi də oradan qovmuşdular...

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Opera rəhbərliyi bizə qarşı gözlənilməz bir haqsızlıq etdi və biz bu haqsızlığı qəbul etmədik, teatrdan ayrıldıq. Teatrın rəhbəri açıq-aşkar bildirirsə ki, sizinlə çalışmaq istəmir, nə edərsiz? SSRİ və Azərbaycanın xalq artisti Fidan Qasımova və xalq artisti Xuraman Qasımova 2005-ci ildə hələ təqaüd yaşına çatmadan teatrdan kənarlaşdırılsınlar... Bunu özümüzə təhqir kimi qəbul etdik. Bəllidir ki, bu, bizə qarşı qurulmuş xüsusi bir plan idi.

Kult.az xəbər verir ki, bu sözləri xalq artisti Xuraman Qasımova Müsavat.com-a müsahibəsində deyib. O, illər əvvəl bacısı, xalq artisti Fidan Qasımova ilə birlikdə Opera və Balet Teatrından uzaqlaşdırılmasından danışıb:

“Həmin siyahıda bizdən əlavə digər hörmətli sənətçilərin adı çəkilmişdi, bunlar Arif Babayev, Zeynəb Xanlarova, Canəli Əkbərov, Qəndab Quliyeva və biz, baxmayaraq ki, yaşca onlardan qat-qat kiçik idik. Direktor bu hərəkətlərini teatrın müqavilə sisteminə keçməsi ilə əsaslandırdı. Halbuki teatr bir neçə il öncə artıq bu sistemlə çalışırdı. Sizin qəzetinizdə bu əhvalat illər öncə çox ətraflı işıqlandırılmışdı. Bəlkə də digər həmkarlarımız teatrdan bu formada ayrılmaqları ilə razılaşdılar, amma biz razılşmadıq, təhqir, qısqanclıq əlaməti kimi qəbul etdik və bir daha o teatra girmədik, yanından belə keçmədik. Hazırda isə o teatrda hansı ab-hava var, bunu çox gözəl bilirik.

Biz heç nə itirmədik, itirənlər onlar oldu. Hazırda pedaqoji fəaliyyətimizlə ciddi məşğuluq, BMA-nın professorlarıyıq, çox şərəfli və məsuliyyətli bir işdir... Teatrın rəhbərliyi fəxrlə deyirdi ki, “heç nədən qorxmuram, mən Müslüm Maqomayevi belə teatrdan uzaqlaşdırmışam, ona görə ki, teatra gəlmirdi”. Bununla fəxr etmək lazım deyildi. Müslüm Maqomayevin adı belə orda qalsaydı və yaxud bir portreti ordan asılsaydı, bununla yalnız qürur duymaq olardı. Sonra isə müdir utanmadan Maqomayevin vida mərasiminə getmişdi”.

Tarix
2017.03.07 / 15:02
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla