Yuxarı

Avroviziyanın finalında iştirak edəcək ölkələr... - Yeniləndi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

00:42

Ukraynanın paytaxtı Kiyevdə Avroviziya-2017 mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilir.

Kult.az xəbər verir ki, ikinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışır. Yarımfinalda Serbiya, Avstriya, Makedoniya, Malta, Rumıniya, Niderland, Macarıstan, Danimarka, İrlandiya, San-Marino, Xorvatiya, Norveç, İsveçrə, Belarus, Bolqarıstan, Litva, Estaniya və İsrail nümayəndələri çıxış edirlər. Ən çox səs toplayan 10 ölkə finala vəsiqə qazanacaq.

Xatırladaq ki, Azərbaycanı Avroviziya-2017 mahnı müsabiqəsində "Skeletlər" (Skeletons) mahnısı ilə təmsil edən Diana Hacıyeva mayın 9-da birinci yarımfinalda çıxış edərək finala vəsiqə qazanıb. Azərbaycandan başqa Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Avstraliya, Kipr, Belçika və Ermənistan da finala adlayıb.

***

Avroviziya-2017-nin ikinci yarımfinalı başa çatıb.

Kult.az xəbər verir ki, finala daha çox səs toplamış 10 ölkə - Bolqarıstan, Belarus, Xorvatiya, Macarıstan, Danimarka, İsrail, Rumıniya, Norveç, Niderland və Avstriya vəsiqə qazanıb.

Final 13 mayda keçiriləcək.

Finala birbaşa vəsiqə qazanan ölkələr müsabiqənin bu ilki ev sahibi Ukrayna, Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliyadır.

Tarix
2017.05.12 / 01:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla