Yuxarı

Sabitoğlu plagiat edib? Qızı “bilmirəm” deyir - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filmlər üçün bəstələnən müsiqilər adətən Film Fondunda, Kinostudiyanın arkivində saxlanılır. Həmin bəstələrin notları da ora təqdim edilir. Emin Sabitoğlunun “İstintaq” filmi üçün bəstələdiyi sözügedən musiqinin notları da Film Fondunda qorunmalıdır.

Bu sözləri Kult.az-a Azərbaycan Bəstəkarlar İttifqından görkəmli bəstəkar Emin Sabitoğlunun “İstintaq” filiminə yazdığı məşhur melodiyanın plagiat olduğu ilə bağlı xəbərə münasibət bildirərkən deyiblər. İttifaqdan bildirilib ki, Bəstəkarlar İttifaqında filmlər üçün bəstələnmiş müsiqilərin notları olmur:

“Ümumiyyətlə, həmin notlar Bəstəkarlar İttifaqına təqdim edilmir. Musiqi film üçün bəstələndiyinə görə, onu Film Fondu qoruyur. Həmin filmin arxivinə daxil edilir.

Yəqin ki, həmin bəstənin notları Emin Sabitoğlunun öz arxivində olar. Buna da bəstəkarın arxivini araşdıranlar daha düzgün cavab verə bilərlər. Bəstəkarın qızı, musiqişünas Ceyran Mahmudova o notları, əsərləri qoruyur”.

Filmdəki məşhur melodiyanın plagiat olub-olmadığı haqda bəstəkarın qızı, musiqişünas, Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudova Publika.az-a açıqlamasında bu mövzuda bir söz deyə bilməyəcəyini bildirib:

“İstintaq” filminin musiqisi 1979-cu ildə yazılıb. Onda mən uşaq idim. Odur ki, musiqini kimin kimdən götürdüyü haqqında heç bir fikir deyə bilmərəm. Rasim Ocaqov çoxdan vəfat edib, atam da bu dünyada yoxdur. Hadisənin necə baş verdiyini haradan bilim? Musiqilər isə həqiqətən də oxşayır.

Biz SSRİ dövründə yaşayırdıq, o illərdə Azərbaycanda rok qrupları dinlənilmirdi. Radiolarda da xarici musiqilər vermirdilər. İndi siz yutub və quqldan istənilən məlumatı əldə edə, istənilən mahnını dinləyə bilirsiniz. 70-ci illərdə isə nə internet, nə xaricə çıxışımız var idi. İndiki imkanların heç biri yox idi. Bəstələrin oxşar olması bəlkə də təsadüfdür, bəlkə də bəstəkarla rejissor bu melodiyanı haradasa eşidiblər. Amma bu, sadəcə bir ehtimaldır”.

Bəstəkar Tahir Əkbər isə Kult.az-a bildirib ki, əsərin plagiat olmasına komissiya qərar verməlidir:

“Bu məsələ dəqiqliklə sübuta yetirilməlidir. Komissiya sözügedən bəstə ilə bağlı yayılan xəbərləri araşdırıb qərar verməlidir. Heç kim özbaşına çıxıb deyə bilməz ki, həmin bəstə plagiatdır. Hər hansı bir bəstənin plagiat olmasını yoxlamaq üçün bir neçə şərt müəyyən olunub. Ümumilikdə götürdükdə isə musiqi sahəsində bir sıra məşhur bəstələrin çoxu bir-birinə bənzəyir, amma demək olmaz ki, o əsərlərin hamısı plaqiatdır.

Ola bilər ki, hansısa bir bəstəkar başqa bir bəstəkarın dəsti-xəttini özünə nümunə götürür. Çünki bunlar sənət adamlarıdır, onların işində ruh var”.

Bəstəkar bildirib ki, ümumiyyətlə, musiqi sahəsində belə hallara tez-tez rast gəlinir:

“Musiqilər bir-birinə bağlıdır. Məsələn, oxşar əsərlərdə musiqinin tempi yavaş gedir, ladı, ritmi, melodiyası eynidir. Hansısa iki oxşar əsərdə bütün bu xüsusiyyətlər üst-üstə düşürsə, deməli, o əsər plaqiatdır”.

T.Əkbərin sözlərinə görə, sözügedən məsələləri Müəllif Hüquq İdarəsinin xüsusi komissiyası var ki, onlar araşdırmalıdır.

Qeyd edək ki, Azərbaycanın görkəmli bəstəkarı Emin Sabitoğlunun “İstintaq” filminə yazdığı məşhur melodiya haqda plagiat iddiası səsləndirilib. Tanınmış gənc yazar Ömər Xəyyam Kult.az-a dərc etdirdiyi məqaləsində həmin filmin melodiyasının əslində ingilis rok qrupu “Rare Bird”in 1970-ci ildə bəstələdiyi “Simpatiya” əsəri olduğunu bildirib. Sonradan fransız bəstəkar Pol Moria da bu melodiyanı orkestr üçün işləyib. “Rare Bird” rok qrupu 1969-cu ildə İngiltərədə yaranıb. 4 nəfərdən ibarət qrupun ilk albomunun əsas mahnılarından biri məlum “Simpatiya” əsəridir. Qrup məhz bu melodiyaya görə məşhurlaşıb. Azərbaycanın məşhur “İstintaq” filmi isə 1979-cu ildə çəkilib.

Maraqlıdır ki, film üçün melodiya yazan bəstəkarların süjetə uyğun digər bəstəkarların əsərlərindən istifadə etməsi normal qəbul edilir və plagiat sayılmır. Ancaq burda o şərt vacibdir ki, sözügedən melodiya ondan istifadə edən bəstəkarın adı ilə qeydiyyatdan keçməsin.

“İstintaq” filmində sözügedən melodiyanın E.Sabitoğluna məxsus olduğu barədə Yutub sosial şəbəkəsində məlumat yerləşdirilib, həmçinin, məşhur bəstəkarımızla bağlı heç bir məqalə, yazı, qeydlərdə onun “İstintaq” filmində “Rare Bird”dən yararlandığı açıqlanmayıb.

Göründüyü kimi, bəstəkarın notlarını, əsərlərini qoruyan qızı da bu barədə hər hansısa qeydin olduğundan xəbərsizdir. Buna görə də plagiat iddiası yenidən gündəmə gəlir.

1) "Rare Bird"in 1970-ci ildə bəstələdiyi "Simpatiya" əsəri:

2) Bəstəkar Pol Morianın simfonik orkestr üçün işlədiyi versiya:

3) Emin Sabitoğlu – “İstintaq” filmi:

Tarix
2017.09.28 / 15:16
Müəllif
Nigar, Billurə
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla