Yuxarı

Tanınmış bəstəkarın yubileyi belə qeyd edildi - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 9-u M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar Sərdar Fərəcovun 60 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Zemfira Qafarova çıxış edərək tanınmış bəstəkarın milli musiqimizin inkişafındakı xidmətlərindən, yaradıcılığından danışıb. Həmçinin TÜRKSOY-un baş katibi Düsen Kaseinov yubilyarı təbrik edərək ona yaradıcılığında uğurlar diləyib.

Tədbirdə xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edib. Konsertdə “Koroğlu” simfonik freskası, “Şah Xətai” simfoniya-dastan, “Sonsuzluq karvanı” oratoriyasından hissələr süita və başqa əsərlər səsləndirilib.

Qeyd edək ki, bəstəkarın əsərləri Avropa, Amerika və keçmiş SSRİ ölkələrində müxtəlif ansambllar və ifaçılar tərəfindən səsləndirilib. O, kamera-instrumental, vokal, vokal-simfonik və xor üçün yazılmış əsərlərin, simfonik, opera əsərlərinin, musiqili komediyaların, eləcə də musiqili teatr səhnələri üçün və kino musiqilərinə həsr olunmuş əsərlərin müəllifidir.

Tarix
2017.12.10 / 01:39
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla