Yuxarı

İran DYİ-nə yeni baş direktor təyin edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Nazirlər Kabineti ölkənin Dəmir Yolları İdarəsinə yeni baş direktor təyin edib.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən Səid Məhəmmədzadə İranın Dəmir Yolları İdarəsinin yeni baş direktoru və rəyasət heyətinin sədri vəzifəsinə təyin edilib.

İran prezidenti Həsən Ruhani S.Məhəmmədzadəni baş direktor vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib: “Ümid edirəm ki, Dəmir Yollarının strateji əhəmiyyətini, qonşu ölkələrlə sərnişin daşımaları və məhsulların tranzitində önəmli rolunu nəzərə alaraq, bu sahədə daha aktiv fəaliyyətinin şahidi olacayıq. Dəmir yollarının inkişaf etdirilməsi İran hökumətinin prioritetidir”.

Qeyd edək ki, İranın Dəmir Yolları İdarəsinin sabiq baş direktoru Möhsin Purseyidağayi bir müddət öncə iki qatarın toqquşması və 40-dan çox insanın həlak olmasının ardınca İran xalqından üzr istəyərək tutduğu vəzifədən istefa verib.

Tarix
2016.12.05 / 01:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla