Yuxarı

ABŞ İrana hücum edərsə… - Ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ İrana hücum edərsə… - Ekspert

ABŞ hazırda İranın Yaxın Şərqdə artan rolundan razı deyil.

Bu sözləri Axar.az-a ABŞ Konqresinə İrana qarşı hərbi gücün tətbiqi barədə daxil olan qətnaməni şərh edən analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, Konqresə qətnamənin daxil olması hələ qəbul ediləcəyi anlamına gəlmir:

“Mümkündür ki, ABŞ belə bir qətnamənin qeydə almaqla İrana qarşı müəyyən təzyiq elementləri əldə etmək istəyir. Amma bir məqam da var ki, hətta bu qətnamə qəbul edilsə belə, Amerikanın, ələlxüsus da indi, İrana hərbi müdaxiləsi real deyil. Bu, sadəcə, gələcəkdə qəbul edilməsi mümkün ola biləcək sanksiya və qətnamələr üçün əsas rol oynaya biləcək. ABŞ hazırda İranın Yaxın Şərqdə artan rolundan razı deyil və son zamanlarda ABŞ-İran münasibətlərinin şərhini məhz bu kontekstdən vermək olar”.

Qeyd edək ki, Nümayəndələr Palatasının Florida ştatından olan deputatı Elsi Hastinqs ABŞ Konqresinə “İrana qarşı gücdən istifadəyə icazə” adlı qətnamə təklif edib. Qətnamədə bildirilir ki, prezident İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün, lazım gələrsə, Birləşmiş Ştatların Silahlı Qüvvələrindən istifadə edə bilər.

Tarix
2017.02.04 / 08:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Video

Bakı Forumundan gözləntim budur - Tonqva

2030-cu ilə qədər hər gün 96 min ev… - Qarnaqa

İlham Əliyev Oljas Süleymenovu təbrik etdi

Britaniya şirkətləri Azərbaycanda buna yardım edir

Vuçiç Azərbaycana gəldi - Foto

Türklər müraciət etmişdi, Tramp isə Çində buna toxunmadı

İlham Əliyev Keniya prezidentini qəbul etdi

WUF14 bu şəhərdə keçiriləcək

İlham Əliyev III Msvatini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla