Yuxarı

Metroda terror həyacanı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndiyə qədər üç mindən artıq adam saxlanılıb

Moskva polisi iki gündür ki, metroda terrorçu ovuna çıxıb. "Axar.az"ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, iki gün ərzində mühafizəçilər metrodan istifadə edən 3122 sərnişini şübhəli şəxs qismində saxlayıb.

Antiterror əməliyyatının başlanmasına səbəb isə cümə günü paytaxt polisinə ötürüləm məlumatdır. Məlumat iki terrorçunun Moskvaya gəldiyi və metroda kimyəvi silahdan istifadə edərək terror aktı keçirəcəyindən ibarətdir.

Şənbə günü paytaxtın bütün təhlükəsizlik qüvvələri həyacan siqnalı ilə ayağa qaldırılıb. Polis, mülki geyimli FTB və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları terrorçuların axtarışına çıxıb.

Hələlik heç bir nəticə əldə olunmasa da, ümumilikdə 3122 şübhəli şəxs saxlanılıb. Tutulanların əksəriyyəti isə Mərkəzi Asiyadan olan miqrantlardır.

Tarix
2013.09.17 / 09:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla