Bu qidalar 10 yaş cavanlaşdırır...
02:00
Ana səhifə Planet |
İŞİD terror qruplaşmasının daha bir yüksək vəzifəli üzvü məhv edilib.
Axar.az xəbər verir ki, bu haqda “Röyter” nəşri məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bu, il ərzində İŞİD-in Əfqanıstanda zərərsizləşdirilmiş sayca 4-cü yüksək vəzifəli üzvüdür.
“Əməliyyat Kunar vilayətində həyata keçirilib. Özünü əmir elan etmiş İŞİD-Xorasan qrupunun rəhbəri Abdul Rəhman məhv edildi. Onun zərərsizləşdirilməsi təşkilat rəhbərliyinə növbəti ağır zərbə oldu”, - deyə Əfqanıstandakı Amerika qoşunlarının komandanı, general Con Nikolson bildirib.
O həmçinin qeyd edib ki, Əfqanıstanda İŞİD döyüşçülərinin üzərində qələbə bu il əldə ediləcək.
Tarix
2017.08.13 / 16:24
|
Müəllif
Turanə Məmmədli
|