Yuxarı

Sisi rəsmən prezident oldu - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirdə rəsmi nəticələrə görə, prezidentlik seçkilərinin qalibi keçmiş Müdafiə naziri Əbdülfəttah Əs-Sisi olub.

Axar.az xəbər verir ki, Misirdə prezident seçkilərində 53 milyon seçicidən 25 milyon adamın səs verdiyi bildirilib.

Yüksək Seçki Təşkilatı (YSK) rəhbəri Ənvər Əl-Asi paytaxt Qahirədə təşkil etdiyi mətbuat konfransında 53 milyon 909 min 306 seçicidən 25 milyon 578 min 220 adamın səs verdiyini, bu səslərdən 40 min 608-nin etibarsız sayıldığını bildirib.

Bəzi mərkəzlərdə etirazlar olduğu üçün səslərin təkrar sayıldığına diqqət çəkən Asi seçkilərin 100 mindən çox beynəlxalq müşahidəçi tərəfindən izlənildiyini Misirdə ilk dəfə bir seçkinin bu qədər adam tərəfindən izlənildiyini qeyd edib.

Səsvermənin problemsiz keçdiyini deyən Asi belə deyib: "Müxaliflər daxil hər kəsin izlədiyi kimi seçkilər şəffaf keçirilib".

YST prezident seçkilərində Sisinin 23 milyon 780 min 104 səslə seçildiyini, səslərin yüzdə 96.91%-ni aldığını açıqlayıb.

Rəsmi nəticələr açıqlanandan sonra Sisi tərəfdarları başda Qahirə olmaqla İskəndəriyyə, Kalyubiyyə, Mənufiyyə və Əl-Qərbiyyə şəhərlərində Sisinin qalibiyyətini təntənəli sürətdə qeyd ediblər.

Tarix
2014.06.04 / 08:45
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla