Yuxarı

KQB generalı Kaluqindən Putin barəsində şok fikirlər – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

SSRİ və Rusiya təhlükəsizlik orqanlarının peşəkar zabitlərindən olmuş general Oleq Kaluqinin prezident Vladimir Putin haqqında bir neçə il bundan əvvəl dediyi fikirlər yenidən aktuallıq qazanıb.

Axar.az xəbər verir ki, tədbirlərin birində çıxış edən Kaluqin Rusiya dövlət başçısının kimliyinə və insani xüsusiyyətlərinə aydınlıq gətirib.

Qeyd edək ki, keçmiş çekist ardıcıllıqla bəzi məqamlara aydınlıq gətirib:

"Almaniyadan döndükdən sonra Putin bir müddət Leninqradda taksi sürücüsü işləyib. Sonra tarixin hökmü onunla Anatoli Sobçakın yollarını birləşdirib. Leninqrad rəhbərliyində təmsil olunmaqla o bir neçə uğura imza atıb. Şəhərin ərzaq təminatında yetərli addımlar atıb. O vaxt dövlət başçısı olan Boris Yeltsinin ailəsi korrupsiya içərisində boğulurdu. O dönəmin Baş prokuroru Yeltsin ailəsinin əməllərini ifşa etmək üçün hətta cinayət işinin açılmasından çəkinmirdi. Bu məqamdam qıcıqlanan Yeltsin o vaxtkı baş nazirlərə - Primakova, daha sonra isə, Stepaşina həmin prokuror barəsində müəyyən ölçünün götürülməsini tələb etsə də, hər dəfə hökumət başçıları bunu mümkünsüz sayırdılar. Günlərin birində ona bu işin öhdəsindən yalnız gənc Putinin gələcəyini bildirmişdilər və Sobçak həvəslə onu Yeltsinə təqdim etmişdi. Təssəvür edin, Moskvaya gələrək iş başına keçən Putin cəmi bir həftə ərzində həmin prokurorun özünü və karyerasını bitirdi.

Necə etdi?

İzah edirəm - Moskva ətrafındakı hamamların birində onun bir neçə qızla əyləndiyi kaseti hazırlandı. Təbii ki, bu, Putinin "xidməti" və əməli idi. Həmin görüntülər mərkəzi kanallarda nümyiş olundu və bir müddət sonra "belə prokurorun" rəhbərlik etməsi üçün mənəvi haqqının olmaması damğası ilə onu işdən azad edib, barəsində cinyət işi açdılar. Bu, Putinin Yeltsinə ilk xidmətləindən idi".

General Kaluqin Putinin bəzi mənfi keyfiyyətlərindən də bəhs edib:

"Yadımdadır, bu cür davranışlarla Putin Kreml mərtəbələrini sürətlə qalxmağa başladı. Çeçenistan məsələsində həddindən artıq qəddar davranışı ona – "Kreml Çikatiosu" ləqəbinin verilməsinə əsas yaratdı. İnsanları öldürtməkdən həzz alardı. Başqa bir məqam - tele-jurnalist Artyom Boroviki hamı tanıyırdı. Onun ölümü də müəmmalı oldu. Çoxları xatırlayır - müəllif verilişinin ilk sayını Yeltsinin işdən çıxatdığı Baş prokurora həsr etmişdi. Verilişin sonunda Borovik elan etdi ki, bu məsələ ilə əlaqədar buraxılışın növbəti sayı Putinə həsr olunacaq. Əslində Borovik bununla da öz "kitabını" bağlatdırdı. O, bir neçə gün keçmiş olduqca müəmmalı şəkildə təyyarə qəzasında dünyasını dəyişdi. Baxın, Putinlə bağlı açılmamış kifayət sayda sirlər hələ də qalmaqdadır.

Xatırladaq ki, 1934-cü ildə Leninqradda doğulan KQB generalı Oleq Kaluqin mühacir həyatı yaşamalı olub. Başda Vladimir Putin olmaqla təhlükəsizlik əməkdaşları onu vətən xaini adlandırmış, 2002-ci ildə isə aldığı bütün mükafatlardan məhrum edilmişdi.

Tarix
2014.06.05 / 11:57
Müəllif
Elnur Elmanoğlu
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla