Yuxarı

NATO yüzlərlə tankını Rusiya sərhədinə yeritdi - Video/Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-06-08 23:04:00

İyunun 5-dən başlayaraq Şimali Atlantika Alyansının - NATO-nun yüzlərlə tankı Litvanın Klaypeda limanına daşınır. Bu barədə "Delfi" agentliyi foto və video yayıb.

Axar.az xəbər verir ki, ağır texnika Alyansın son illərin ən nəhəng "Saber Strike - 2014" (Qılıncla zərbə) adlı təlimləri üçün gətirilib. Bərə vasitəsi ilə NATO-nun "Leopard", "Piranya" və bu tipli ağır hərbi texnikası daşınıb.

Xatırladaq ki, tank və digər ağır texnikadan başqa Litvaya tibbi və digər personal təmsilçiləri də gəliblər.

Litvada keçiriləcək NATO-nun bu böyük hərbu təlimi son aylar Rusiyanın Ukraynaya və Baltikyanı ölkələrə təhdidinə cavab kimi qiymətləndirilir. Litva prezidenti Rusiyanın bu aqressiyasına qarşı ən sərt mövqe göstərən və NATO-dan Baltikyanı ölkələrin müdafiəsi üçün yardım istəyən liderlərdən sayılır.

14.05

Bu gün "Saber Strike-2014" adı altında NATO-nun Litva, Latviya, Estoniya və Polşada geniş beynəlxalq təlimlərinə start verilir. Hərbi manevrlərdə 9 ölkədən 2 minə yaxın hərbçi iştirak edəcək. Təlimlər iyunun 20-nə qədər davam edəcək.

Xatırladaq ki, bununla paralel Baltik dənizi, Danimarka və İsveçin dəniz sularında hələ iyunun 6-dan "Baltops-2014" adlı beynəlxalq təlimlər davam edir. Bu hazırlıq prosesində Böyük Britaniya, Almaniya, Gürcüstan, Danimarka, Latviya, Litva, Hollandiya, Polşa, ABŞ, Finlandiya, Fransa, İsveç və Estoniyanın gəmi və hərbi təyyarələri iştirak edirlər. Bu manevrlər isə iyunun 21-də başa çatacaq.

Tarix
2014.06.09 / 14:05
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla