Yuxarı

Milyarderlər ötən sutka 8.3 milyard qazandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sutka ərzində “Dünyanın ən zəngin insanları” siyahısının ilk 8 pilləsində qərarlaşan şəxslər var-dövlətlərini daha 8.3 milyard dollar həcmində artıra bilib.

Axar.az xəbər verir ki, bu barədə “Forbes” informasiya verib. Nəşrin məlumatına görə, milyarderlərin sərvətinin bir sutkada bu qədər artmasına səbəb şirkət səhmlərinin qiymətlərinin qalxmasıdır.

Siyahının lideri Bill Qeytsin şirkət səhmlərinin dəyəri 1.05 faiz yüksəlib və sərvəti 277 milyon dollar artaraq 85.3 milyard dollara çatıb. “Amazon” şirkətinin prezidenti Cef Bezosun sərvəti 83.3 milyard dollar, Uorren Barretin sərvəti isə 926 milyon dollar artaraq 76.4 milyard olub.

Sutka ərzində sərvətini ən çox artıran isə “Zara” brendinin sahibi Amansio Orteqa olub. Onun ötən gün ərzində gəliri 2.2 milyard dollar artaraq 82.2 milyard dollar təşkil edib.

Qeyd edək ki, “Forbes” jurnalının tərtib etdiyi “Dünyanın ən zəngin insanları” adlı siyahının ilk onluğunda bu yüksəlişlərdən sonra heç bir dəyişiklik olmayıb.

Tarix
2017.09.13 / 21:03
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla