Yuxarı

Prezident qəzaya görə 7 naziri işdən qovdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya prezidenti Pak Kın Xe aprelin 16-da 300 nəfərin ölümü ilə nəticələnən gəmi qəzasına görə, 7 naziri vazifəsindən azad edib.

Axar.az xəbər verir ki, bu addımla prezident qəzadan sonra hakimiyyətin işinə qarşı yaranmış inamsızlığı aradan qaldırmaq istəyib.

Bu, Pak Kın Xenin prezident səlahiyyətlərinin icrasına başladığı fevral ayından bəri ilk böyük kadr dəyişikliyidir.

Prezident iqtisadi məsələlər üzrə baş nazirin müavini, təhsil, əmək və məşğulluq, mədəniyyət, elm, ailə və gender bərabərliyi, təhlükəsizlik naziri postlarına yeni təyinatlar edib.

Bundan başqa Cənubi Koreya prezidenti özünü siyasi, sosial, iqtisadi, təhsil və mədəniyyət məsələləri üzrə müşavirlərini də istefaya göndərib.

Qeyd edək ki, aprelin 16-da "Sevol" sərnişin gəmisinin batması nəticəsində 300-nəfərə yaxın şəxs həlak olmuşdu. Məsələ ilə bağlı qaldırılan cinayət işi zamanı 20-yə yaxın adam həbs olunmuşdu.

Tarix
2014.06.13 / 10:10
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla