Yuxarı

Putinin “rəqibi” Sobçak zərərli və murdar iş görür - Şenderoviç

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı teleaparıcı Kseniya Sobçak Rusiya Prezidenti Vladimir Putinə 2018-ci ildəki prezident seçkisində qələbə qazanmağa yardım edəcək.

Axar.az xəbər verir ki, bunu “Dojd” televiziyasına müsahibəsində rusiyalı yazıçı Viktor Şenderoviç söyləyib. Onun sözlərinə görə, Kreml Sobçak vasitəsilə dünyaya Rusiyada müxalifətin olması və hökumətin onunla rəqabətdən qorxmadığını nümayiş etdirməyə çalışır:

“Sobçak seçkidə iştirak etməklə həm də Navalnıya mane olmaq istəyir. Sobçak, ümumiyyətlə, özünün çox yaxşı tanışı olan Vladimir Putini hakimiyyətdən uzaqlaşdırmağı hədəfləmir. Sobçak siyasi baxımdan zərərli, insani baxımdan isə murdar iş görür”.

Qeyd edək ki, Kseniya Sobçak dünən prezident seçkisində iştirak etmək istədiyini açıqlayıb. Sobçak Putinin müəllimi sayılan Anatoli Sobçakın qızıdır.

Gələnilki seçkidə Putinin əsas rəqibi Aleksey Navalnı sayılırdı. Rusiya mətbuatı Kremlin artıq onu seçkiyə buraxmamaq haqqında qərar qəbul etdiyini bildirib.

Tarix
2017.10.19 / 10:24
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla