Yuxarı

Biz edə bilmədik, Bakı isə həyata keçirdi - Sərkisyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Atom Elektrik Stansiyası 10 il sonra bağlanacaq, onu yeni atom elektrik stansiyası əvəz edəcək”. Ermənistan hökumətinin bu bəyanatına inanmıram.

Axar.az xəbər verir ki, bunu “Sputnik Ermənistan” agentliyinə müsahibəsində Ermənistanın Demokratik Partiyasının sədri Aram Sərkisyan söyləyib.

“Ona görə ki, bizim imzaladığımız müqavilədə heç bir yeni atom elektrik stansiyasından bəhs edilmir. Avropa Birliyi ilə Ermənistan arasındakı razılaşmaya əsasən, atom elektrik stansiyasını digər elektrik stansiyalar əvəz etməlidir. Razılaşmaya əsasən bu, daha çox, istilik elektrik və ya su elektrik stansiyaları ola bilər. Bunlar atom elektrik stansiyasının əvəzini verməyəcək. Erməni xalqı Sərkisyan hökumətinin sözlərinə inanmamalıdır. Ermənistan bu gün bütün regional layihələrdən uzaq qalıb. Biz öz günahımız ucbatından təcrid olunmuşuq. Bir zamanlar biz analoji layihəni Ermənistanla İran arasında təklif etmişdik. Bu, Fars körfəzi ilə AB arasında əlaqələndirici olmalı idi. Ermənistan bu imkanından istifadə edə bilmədi. Bakı-Tiflis-Qarsın işə düşməsi ilə təcridolma artacaq və Ermənistan daha böyük dalana dirənəcək” – deyə o bildirib.

Tarix
2017.11.07 / 11:50
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla