Yuxarı

Nazarbayev: "Biz də geridə qalmamalıyıq"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kostanay vilayətində işgüzar səfərdə olan Prezident Nursultan Nazarbayev bir sıra obyektləri ziyarət edib.

Axar.az xəbər verir ki, “Sarıarka avtoprom” zavodunda Qazaxıstan istehsalı olan elektrik avtomobillərinin təqdimatı olub. Təqdimatı edən Qazaxıstanın energetika naziri Kanat Bozumbayev avtomobilin səkkiz saata enerji yığdığını bildirib.

Nursultan Nazarbayev enerji yüklənmə vaxtının çox olduğunu, bunun sürətləndirmə yollarını tapmağın vacibliyini diqqətə çatdırıb, Çinin 2040-cı il üçün tam olaraq elektrik enerjisi ilə işləyən avtomobillərə keçəcəyini qeyd edib. “Biz də geridə qalmamalıyıq. Almatı şəhərini elektrik avtomobilləri ilə təmin etmək lazımdır”,- deyə Prezident vurğulayıb.

“Bir kəmər - bir yol” strategiyasının həyata keçirilməsi çərçivəsində 27 milyard dollar həcmində 52 müəssisənin tikildiyini qeyd edən Nurasultan Nazarbayev bildirib ki, 18 ay ərzində Qazaxıstan-Çin sərhəddindən Xəzər dənizinə qədər 1200 kilometr uzunluğunda dəmir yolu xətti çəkilib.

Tarix
2017.11.08 / 20:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla