Yuxarı

“Bosniya qəssabı”na hökm oxundu - Məhkəmə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:18

BMT-nin Yuqaslaviya üzrə Beynəlxalq Cəza Məhkəməsi Bosniya müharibəsi zamanı Srebnitsada soyqırım təşkil edildiyinə qərar verib.

Axar.az xəbər verir ki, məhkəmə həmçinin soyqırımda ittiham olunan Ratko Mladiç barədə də qərarını açıqlayıb. “Bosniya qəssabı" olaraq tanınan bosniyalı serblərin komandiri olmuş Ratko Mladiç soyqırım törətməkdə günahkar bilinib. Sarayevo şəhərinin bombalanması əmrini də Mladiçin verdiyi qeyd olunub.

Tribunal Mladiçi Srebnitsada soyqırım törətməklə bağlı 11 ittihamdan 10-da təqsirkar bilib. O, ömürlük həbs cəzasına məhkum edilib.

Hollandiyanın Haaqa şəhərində təşkil olunan BMT-nin Yuqaslaviya üzrə Beynəlxalq Cəza Məhkəməsi Mladiç işinin sona çatması ilə bu ilin sonunda missiyasını tamamlayaraq bağlanacağı bildirilib.

Xatırladaq ki, Srebnitsa qətliamı 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirilən soyqırım aktıdır.

Qətllər general Ratko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz edilmiş serb ordusu tərəfindən törədilib. Soyqırım zamanı qadın və uşaqların da qətlə yetirildiyi sənədlərlə sübuta yetirilib. Serb ordusu ilə yanaşı "Əqrəblər" adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik dəstələri də qətliamın törədilməsində iştirak edib. BMT-nin Srebrenitsaya 400 Hollandiya sülhməramlısı yerləşdirməsinə baxmayaraq, soyqırımın qarşısını almaq mümkün olmayıb.

Tarix
2017.11.22 / 15:34
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla