Yuxarı

Separatçılar parçalanır: Donetsk mühasirədə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın şərqində Donetsk vilayətində gərginlik səngimək bilmir.

Axar.az xəbər verir ki, Ukraynanın atəşkəsi təxirə salmaq təklifini rədd etdikdən sonra separatçılar daha fəal əməliyyatlara başlayıb.

Ukrayna ordusu son bir həftə ərzində separatçıların nəzarətində olan altı şəhəri ələ keçirtsə də, Luqansk və Donetskdə vəziyyət ağır olaraq qalır.

Verilən məlumatlara görə, Ukrayna ordu birləşmələrinin Luqanskda separatçılara qarşı ağır çaplı silahlardan istifadə etdiyi, Donetsk şəhərini mühasirəyə aldığı bildirilir.

Şəhərin dörd əsas çıxışına nəzarət edən ordu birləşmələrinin bir neçə gün ərzində şəhərə girməsi gözlənilir.
Yerli şahidlərin dediklərinə görə, Donetsk şəhərinin mərkəzindən Luqanska gedən quru yolunun isə Ukrayna ordusu tərəfindən separatçıların şəhəri tərk etməsinə imkan yaratmaq məqsədi ilə dəhliz saxlanıldığı iddia edir. Hazırda 6 mindən çox ordu birləşmələri şəhəri mühasirədə saxlayır.

Separatçılar arasında fikir ayrılığı yaranıb

Ukrayna mətbuatının verdiyi xəbərlərə görə, Ukrayna ordusunun Slavyansk, Kramatorsk, Drujkovka, Konstantinovka və Artemivskanı azad etdikdən sonra bu bölgələrdən Donetskin mərkəzinə çəkilən separatçı qruplarla Donetsk separatçıları arasında fikir ayrılığı yaranıb.

Silahlı qrupların bir-birindən rabitəsiz və müstəqil hərəkət etməsi, vahid rəhbərliyin olmaması səbəbindən aralarında parçalanma müşahidə olduğu bildirilir.

Xatırladaq ki, dünən Ukrayna prezidenti Pyotr Poroşenkonun Slavyanska etdiyi səfərdən sonra bölgədə canlanma müşahidə olunub. İctimaiyyət nümayəndələri ilə görüşən Poroşenko ölkənin şərqini qısa vaxtda separatçıladan təmizləyəcəyini deyib.

Tarix
2014.07.10 / 18:21
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla