Yuxarı

3 milyonluq malikanə satışa çıxarıldı, amma...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Devon bölgəsində 3 milyon dollarlıq bir malikanə satışa çıxarılıb.

Qaynarinfo.az-ın məlumatına görə, evi almaq istəyənlər çox olsa da, malikanə sahibləri onun satışı üçün xüsusi bir yarış təşkil ediblər.

1990-cı ildə inşa edilən lüks villada qolf meydançasından ən bahalı mebellərə qədər, demək olan ki, hər şey var. Lakin ev sahibləri nəvələrindən uzaqda olduqları üçün buranı satıb, onların yaxınlığına köçmək istədiklərini söyləyiblər:

"Bu evdə möhtəşəm anlarımız olub. Evi öz əllərimizlə tikmişik. Ancaq 2 nəvəmiz bizdən çox uzaqda yaşayırlar və onları daha tez-tez görmək istəyirik. Hər dəfə 4 saat yol gedib-gəlmək bizi yorur. Artıq belə yaşamaq istəmirik. Divarlardakı ailə fotoları və tablolardan başqa hər şeyi evlə birgə satacağıq".

Yaşlı cütlük evi satmaq üçün Feysbukda səhifə yaradaraq elan da veriblər. Maraqlısı budur ki, hər pulu olan bu evi ala bilməz. Bunun üçün ev sahiblərinin verdiyi sualları da cavablamaq lazımdır. Yarışma 2018-ci ilin 30 noyabrına qədər davam edəcək. Yarışa qatılmaq istəyənlər üçün bir biletin qiyməti 14 dollardır. Mülk sahibləri o vaxta qədər 500 minə yaxın biletin satılacağını düşünürlər.

Biletlərdən əldə olunan gəlirin bir hissəsi xeyriyyə cəmiyyətlərinə bağışlanacaq.

Tarix
2017.12.17 / 17:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla