İrəvanda şok yaşanır: Hərbçilər aksiyaçılara qoşuldu
02:10
Ana səhifə Planet |
Albaniyanın şimalındakı Şkoder şəhərində partlayış hadisəsi baş verib.
Axar.az xəbər verir ki, baş verən partlayışda 8 nəfər ağır yaralanıb. Yaralılardan 3-ü paytaxt Tirana göndərilib, nisbətən yüngül yara almış 5 nəfər isə Şkoderdə yerləşən regional xəstəxanada müalicə edilib.
Alban polisinin verdiyi məlumata görə, bir bina qarşısındakı motosikletə partlayıcı maddə yerləşdirilib. Hadisə ilə əlaqədar başladılan istintaq tədbirləri çərçivəsində təhlükəsizlik gücləri hadisə şahidlərinin ifadələrini alıb. Bir neçə şəxsin saxlanıldığı bildirilir.
Tarix
2018.01.13 / 21:02
|
Müəllif
Firuzə Vahidqızı
|