Yuxarı

Putinlə bağlı yalan danışan nazir istefa verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:10

Rusiya Prezidenti Vladimir Putinlə görüşüm və bu zaman onun Böyük Rusiya planları haqda məlumat almağımla bağlı açıqlamalarım uydurmadır.

Axar.az xəbər verir ki, bu sözləri Niderland Xarici İşlər naziri Halbe Zeylstra deyib. O, yerli mətbuata açıqlamasında bu barədə məlumatları başqa birindən öyrəndiyini, o vaxt seçkidə xal qazanmaq üçün belə bir yalan uydurduğunu etiraf edib.

Niderland Baş naziri Mark Rutte isə Zeylstranın yalan danışmaqla böyük səhvə yol verdiyini, lakin hökumətin vacib üzvlərindən olduğu üçün vəzifəsinin icrasına davam edəcəyini söyləyib.

Qeyd edək ki, Zeylstra iki il əvvəl seçim kampaniyası zamanı 2006-cı ildə Putinlə şəhərdən kənarda yerləşən evində görüşdüyünü və onun Böyük Rusiya və qonşuluqdakı ölkələr haqqında planları barədə məlumatlı olduğunu söyləmişdi.

***

Rusiya lideri Vladimir Putinlə görüşməsi barədə yalan danışdığını etiraf edən Niderlandın Xarici İşlər naziri Halbe Zeylstra istefa verib.

Bu barədə “Teleqraf” agentliyi məlumat yayıb.

“Mən səhv seçim etdim. Bunu etməməli idim. İstefadan başqa variant görmürəm”, - deyə sabiq nazir bildirib.

Qeyd edək ki, Halbe Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşdən öncə istefasını açıqlayıb.

Rusiya XİN bildirib ki, Halbenin səfərdən imtina etməsi barədə rəsmi məlumat artıq çatıb.

Tarix
2018.02.13 / 21:33
Müəllif
Billurə Yunus
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla