Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Avqust 2018


Ermənistanda sosial partlayış olacaq - Ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistandakı seçkilər faktiki olaraq “Qarabağ kartı”na köklənib. Separatçılara verdiyi müstəqillik sözündən dönə bilməyən və ya fiziki məhvə gətirib çıxara biləcək hadisələrdən qorxan prezident Serj Sarkisyan və onun komandası öz vətəndaşlarını düşünmür, status-kvonu saxlamaqla hakimiyyətini qoruyur. Təbii ki, bu da cəmiyyətdə birmənalı qarşılanmır və seçkilərə mənfi təsir göstərəcək.

Bu fikriləri Azərtac-a açıqlamasında siyasi ekspert Arzu Nağıyev deyib. O bildirib ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konkret addımlar atmaması ölkəni faktiki olaraq iqtisadi tənəzzüllə üz-üzə qoyur. Bu vəziyyət isə erməni ictimaiyyətində sosial və siyasi narazılıq yaradır. Azərbaycan isə regionda sabitliyin qorunması üçün ikili və üçlü formatlara imza atıb.

Siyasi ekspert qeyd edib ki, Ermənistan regionda həyata keçirilən layihələrdən kənarda qalır. Bu ölkə regionda təhlükəsizliyi pozan güc kimi xarakterizə olunur. Yerevan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə razı olmalıdır. Əks halda, ölkədəki iqtisadi gərginlik erməni əhalisini səfalət məngənəsində sıxacaq.

Arzu Nağıyev bildirib ki, bu gün Azərbaycan beynəlxalq miqyaslı böyük iqtisadi layihələrə müəlliflik edir və buna görə də super güclərlə eyni müstəvini bölüşür. Buna misal olaraq, Bakı-Tbilisi-Qars dəmir yolunu, TAP, TANAP layihələrini, Şimal-Cənub nəqliyyat dəhlizini və digər layihələri qeyd etmək olar. Təkcə “Əsrin müqaviləsi”nin müddətinin uzadılması Azərbaycanın dünyanın aparıcı dövlətləri ilə bir sırada durmasından xəbər verir. Bu layihələrdə Ermənistandan başqa bütün region dövlətləri iştirak edir. Bu ölkənin layihələrdən kənarda qalması Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti aparması ilə bağlıdır. Sosial-iqtisadi vəziyyətin gərginliyi də iğtişaşlara yol açır. Seçkilərin müddəti yaxınlaşdıqca bu gərginlik artacaq. Ermənistan başa düşməlidir ki, iqtisadi çətinliklər, vətəndaşların sosial rifahının durmadan aşağı düşməsi sosial partlayışa gətirib çıxaracaq.

Tarix
2018.02.13 / 22:01
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

İran qərarını verdi: ABŞ-sız davam edəcək!

Kvars qol saatının ixtiraçısı öldü

Köçəryan yenidən həbs edilə bilər

Dənizə düşən qadın 10 saat boyunca sağ qaldı - Möcüzə

Türkiyəsiz heç bir oyun qurulmayacaq - Zeybəkçi

Avropa ölkəsində daşqın: İnsanlar köməksiz vəziyyətdə...

30 ildən sonra dünya əhalisinin yarısı susuz qalacaq

Çavuşoğludan Trampa xəbərdarlıq: Özünə ziyandır...

"Kalaşnikov" yeni avtomat istehsal edəcək

Dolları lirəyə çevirib ev alana maşın hədiyyə!

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla