Yuxarı

ABŞ Fransa bankını çökürtdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və Sudana tətbiq edilən sanksiyalara məhəl qoymadığı üçün "BNP Paribas" maliyyə qurumu cərimələnib.

Axar.az xəbər verir ki, Fransanın məşhur "BNP Paribas" holdinqi ABŞ tərəfindən cərimələnib. Holdinqə daxil olan eyniadlı bankın İran və Sudana qoyulan sanksiyalara əhəmiyyət verməyərək həmin ölkələrlə əməkdaşlıq etməsi ABŞ-ın 5,79 milyard avro (təxminən 7,7 milyard dollar) cərimələməsinə gətirib çıxarıb. Bu barədə məlumat holdinqin bu səhər açıqladığı hesabatında verilib.

"BNP Paribas"ın itkiləri bununla tamamlanmır. Holdinqə qarşı tətbiq ediləcək cəriməlrdən öncə xəbər tutan əmanətçilərin bir çoxu əmanətlərini başqa banklara köçürüb. Şirkət əmanətçilərin dünya miqyaslı iri şirkətlər olduğunu deyir. Rəsmi məlumatlara görə, son 1 ayda 4,32 milyard avroluq (təxminən 5,79 milyard dollarlıq) əmanət bankdan geri çəkilib.

ABŞ holdinqə qarşı sanksiyasının ilk olmadığını deyən rəsmilər qurumun bütün strukturlarının fəaliyyətinin tam bərpası üçün 200 milyard dollara ehtiyac olduğunu açıqlayıblar.

Xatırladaq ki, hələ bir neçə ay öncə Fransa rəsmiləri "BNP Paribas"a sanksiyaların tətbiq edilməməsi ilə bağlı ABŞ-la danışıqlar aparsa da, bu, nəticəsiz qalıb.

Tarix
2014.07.31 / 18:50
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla