Yuxarı

"Qarabağ"lının milliyə çağırılmamasına etiraz

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın və Albaniya millisinin üzvü Ansi Aqollinin yığmaya dəvət olunmaması Albaniya mətbuatında etirazla qarşılanıb.

Qol.az-ın xəbərinə görə, yığmanın baş məqşçisi Kristian Panuççinin Aqollini yaş həddinə görə milliyə dəvət etməməsi kəskin tənqid olunub.

“Konica” nəşrində məsələ ilə bağlı yazılan məqalə dərc edilib: “Panuççini bu qərarı onun təkəbbürlü olmasından irəli gəlir. Hətta məşqçi kimi karyerasında bir çox kuboku qazanmış Fabio Kapello da bu cür təkəbbürlü deyildi. Əlbəttə, məşqçinin belə bir hüququ var, ancaq yaxşı insan və peşəkarlığı ilə seçilən Aqolli daha incə və peşəkar davranışa layiqdir.

Panuççi Aqollini 36 yaşının olduğuna görə milliyə dəvət etmədiyini bildirib. Ancaq bu faktdır ki, Panuççi özü futbolçu karyerasını 37 yaşında bitirib və ona heç kim mane olmayıb. Futbolçuya yaşına görə yox, oyununa görə qiymət verilməlidir.

Albanlar əcnəbi məşqçinin əlində çarəsiz qalıblar. Mətbuat da Panuççiyə qarşı çox yumşaq davranır.
Avro-2016-da xəyalımız gerçəkləşdirən qəhramanlarımızdan biri olan Aqollini yenidən millidə görməyi səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, 2005-ci ildən Albaniya millisində çıxış edən Aqolli 2015-ci ildən komandanın kapitanıdır.

Tarix
2018.03.21 / 18:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla