Yuxarı

Türkiyədən nəhəng layihə: aviadaşıyıcı tikir - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun Tuzla rayonunda Türkiyənin ”TCG Anadolu” adlı ilk universal gəmi-amfibiyasının tikintisi aktiv şəkildə davam edir. Gəminin bloklarının 90 faizi artıq başa çatmaq üzrədir.

Axar.az xəbər verir ki, bunu Türkiyənin İMEAK dəniz ticarəti palatasının rəhbəri Mətin Kalkavan deyib.

“Gəminin gövdəsini təşkil edən blokların 90 faizi hazırdır. Gəmi 114 blokdan ibarətdir. Suya endirilən hissəsinin 10 faizi birləşdirilib. Paralel olaraq gəminin digər təchizatları ilə bağlı işlər görülür”, - Kalkavan bildirib.

Onun sözlərinə görə, “TCG Anadolu” 2019-cu ilin fevral-mart aylarına qədər tamamilə hazır olacaq:

“Daha sonra isə gəminin tam təchizatı və silahlanması başlayacaq. Silahların 68 faizi Türkiyə istehsalı olacaq. Bu, çox böyük, milyardlarla avro çərçivəsində olan layihədir”.

“TCG Anadolu” gəmisinin uzunluğu 232, eni 32 metr, göyərtəsinin sahəsi isə 5440 kv/m olacaq. Göyərtədə bir neçə təyyarə, 4 “Atak” zərbə helikopteri, 8 hərbi-nəqliyyat helikopteri, 2 “Seahavk” helikopteri və 2 zərbə PUA-sı yerləşə biləcək.

Qeyd edək ki, ötən il Prezident Ərdoğan Türkiyənin öz təyyarədaşıyan gəmisinin olacağını və bunun üçün artıq işlərə başlanıldığını elan etmişdi.

Tarix
2018.03.25 / 08:00
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla