Ana səhifə Planet |
O ölkələr türklərin demokratik hüquqlarından istifadə etmələrinə əngəl törədir, həmçinin, Türkiyədə demokratik proseslərin mənfi yöndə getdiyini bildirirlər.
Axar.az xəbər verir ki, Türkiyənin Avropa Birliyi üzrə naziri Ömər Çelik qeyd edib.
"Demokratiyanın özünə qarşı edilən riyakarlığı şikayət etmək hüququ olsaydı, ilk bu davranışları istehsal edən siyasətçilərə qarşı dava açardı. Avstriya və Hollandiya baş naziri aydındır ki, bu qərarları verərkən demokratik dəyərlərə söykənmirlər, Türkiyəyə düşməncə və irqçi siyasi hərəkatlarla salam göndərirlər", - Çelik söyləyib.
Qeyd edək ki, 24 iyunda Türkiyədə keçiriləcək prezident seçkiləri ilə bağlı Avstriya, Yunanıstan və Hollandiya öz ölkələrində təbliğat kampaniyalarının aparılmasına icazə verməyəcəklərini bəyan ediblər.
Tarix
2018.04.21 / 21:17
|
Müəllif
Pərviz Həsənov
|