Yuxarı

Daha bir ölkədə “Uber”in fəaliyyətinə son qoyuldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın müxtəlif ölkələrində alternativ taksi xidmətləri təklif edən və yerli taksi şirkətlərinin ciddi rəqibinə çevrilən “Uber” şirkəti Avstriyanın paytaxtı Vyana şəhərində fəaliyyətini müvəqqəti olaraq dayandırmağa məcbur olub. Buna səbəb isə “Taxi 40100” taksi xidmətləri çağrı mərkəzinin bu şirkətə qarşı şikayəti əsasında Vyana Ticarət Məhkəməsi tərəfindən çıxarılan qərar olub.

Axar.az xəbər verir ki, bu ilin əvvəlində peşə fəaliyyətinin sistematik şəkildə pozulması ilə bağlı “Taxi 40100” tərəfindən şikayət müraciətinə məhkəmə tərəfindən müsbət baxılıb və “Uber” şirkəti qarşısında öz fəaliyyətini bərpa edə bilmək üçün bir sıra şərtlər qoyulub. Şirkətin mətbuata verdiyi açıqlamada qeyd edilib ki, məhkəmənin tələbləri ən qısa zamanda icra ediləcək və müştərilərə göstərilən xidmət bərpa olunacaq.

“Taxi 40100” şirkətinin yaydığı açıqlamada isə bildirilir ki, “Uber” şirkəti sərnişindaşıma bazarında azad və vicdanlı rəqabət prinsiplərini ciddi şəkildə pozur. Əslində avtomobillərin sürücülü kirayə xidməti olan və sərnişinlərə gediş haqqını öncədən razılaşdırılmış məbləğlə təklif edən “Uber” şirkəti taksiçilik xidməti göstərməklə taksi şirkətlərlərinə böyük zərbə vurur. Qanunla tənzimlənmiş taksometr tarifləri ilə xidmət göstərən taksi şirkətləri gediş haqqını sərbəst şəkildə müəyyən edən “Uber” onlayn-xidmətinə qarşı rəqabət apara bilmirlər.

Qeyd edək ki, dünyanın bir çox şəhərlərində olduğu kimi, Vyanada da ənənəvi taksi şirkətləri sərnişindaşımalarını daha ucuz qiymətlərlə təklif edən, qanunvericilikdəki boşluqlardan istifadə edən və taksi lisenziyası olmayan sürücüləri taksi xidmətinə cəlb edən “Uber” şirkətinin fəaliyyətini əngəlləmək üçün bütün mümkün qanuni vasitələrə əl atırlar.

Tarix
2018.04.26 / 01:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla