Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Sentyabr 2018


İran 4 yerə bölünür - kəşfiyyatın şok planı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə “Altılıq” və İran arasında imzalanmış nüvə müqaviləsini təktərəfli formada ləğv edən ABŞ Prezidenti Donald Tramp bu ölkənin parçalanması üçün ideal fürsət yaradıb. Beləliklə, dünya xəritəsi böyük dəyişiklik ərəfəsindədir. Hamı bu dəyişikliyin Suriyadan başlayacağını gözləsə də, qlobalistlər gözlənilmədən qərar dəyişikliyinə getdilər. Bir çox bölgə dövlətini də böləcək çat İrandan başlayır. Süni formada yaradılmış böhran parçalanma planının həyata keçirilməsi üçün münbit şərait yaradır. İran gec-tez öz əleyhinə olan nizamnaməyə zorən boyun əyməli olacaq.

Teleqraf.com xəbər verir ki, analitik-kəşfiyyat mərkəzlərinə istinad edən Amerika KİV-i İran – ABŞ böhranı ilə bağlı sensasion iddia ilə çıxış edib.

Mənbələrin iddiasına görə, artıq ABŞ İsraillə birlikdə İrana gözlənilməz hücum planını dəqiqləşdirib. İlk həmlənin Suriya üzərindən edildiyini yazan mənbələr İrana açıq hərbi müdaxilə variantının da nəzərdən keçirildiyini bildirirlər. Bəlucistan, Şərqi Kürdüstan, Cənubi Azərbaycan və paytaxtı Tehran olan kiçik fars Persiya dövlətləri xəyali İran peyzajında yerləşdirilib.

4 xəyali dövlət Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və MOSSAD-ın (İsrail) “Parçalamaq zəmini yaratmaq üçün ilkin addımlar” mexanizmində peyda olub. Kəşfiyyat mərkəzlərindən sızıdırılan məlumatlara görə, ölkənin parçalanması üçün aparılacaq döyüşlər Suriyadan icrasına başlanılan ssenari əsasında nəzərdə tutulub.

“Qlobalistlərin hədəfi İrandan başlayacaq parçalanmayla Yaxın Şərq dövlətlərini bir mərkəzə doğru yönəldib “Vahid İdarəetmə Sistemi” yaratmaqdır. Nəzərdə tutulmuş xəyali dövlətlər ayrı-ayrı iyerarxiyalara, quruluşlara malik olsalar da, eyni məqsəd altında birləşəcəklər. Proseslər bu planının reallaşmasına doğru inkişaf edir və dünya yeni Hitlerlə tanış olmağa hazırlaşdırılır. O, bu dəfə Avropadan yox, okeanın o tayından boylanacaq”, - deyə mənbələr qeyd edirlər.

Tarix
2018.05.16 / 23:03
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Ruhanidən gözlənilməz istək: Trampla görüş...

Qayıq göldə batdı, 44 nəfər öldü

7 ilə 58 milyon iş yeri açılacaq - Hesabat

Keçmiş azərbaycanlı merin məhkəməsi keçirildi

Qonşu ölkədə rəqabət qızışır: prezidentliyə 19 namizəd...

ABŞ-dan Çinə sanksiya: Rusiya hədəfdə....

ABŞ-dan Rusiyaya növbəti sanksiya: 33 şəxs, 6 şirkət

İsraildən müharibə mesajı: İran bunu etsə...

AST Telmanın qardaşı oğlu həbs edildi - Müğənni oğurluğu...

Qərarımızı vermişik, ikincisi olmayacaq - Tereza Mey

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla