Yuxarı

Trampın 4 günlük önəmli səfəri - Proqram

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Öncədən də xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp bu gün İngiltərəyə səfərə gedir.

Axar.az xəbər verir ki, Trampın İngiltərə və Şotlaniyaya edəcəyi səfər 4 gün davam edəcək. O, Baş nazir Tereza Mey və Kraliça II Yelizaveta ilə görüşəcək.

Trampın səfəri ilə İngiltərədə etiraz aksiyalarının başlanması da gözlənilir. Trampın proqramı Oksfordşaydəki Blenhaym sarayında şərəfinə veriləcək ziyafətlə başlayacaq. 100 dəvətlinin olacağı ziyafətdən sonra hərbi mərasim təşkil ediləcək.

Ziyafətdən sonra Tramp Londona gələrək gecəni ABŞ səfirinin "Regents" parkındakı iqamətgahında keçirəcək. İqamətgah Londonda mərkəzi məscidin yaxınlığında yerləşir.

ABŞ prezidentinin cümə günü proqramı Mey ilə adı açıqlanmayan bir hərbi obyekti ziyarətlə başlayacaq.

İngiltərə və ABŞ-ın hərbi əməkdaşlığının məhsulu olan texnologiyalardan ibarət şou təşkil ediləcək. Daha sonra Meyin iqamətgahı Çequersda iş yeməyi olacaq. Liderlərin görüşündən sonra birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.

Günortadan sonra Vindsor şəhərinə gedəcək Tramp Kraliça II Yelizaveta ilə görüşəcək.

Tarix
2018.07.12 / 07:00
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla